Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı, 8,8 milyon ayrıldı

2020/01/16/1579179159_ilham-eliyev-esas.jpg

CƏMİYYƏT

706

16.01.2020, 16:50

Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Oxu24.com  -un   xəbərinə görə, sərəncama əsasən, Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılıb.