Baş nazirdən qərar: Maaşlar artırıldı
15 Aprel 2026, 19:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1011
14.01.2020, 00:05
Qoç - ailə bağları möhkəmlənir, uzun müddət sərbəstlikdən zövq alan yalnız insanlar isə nikah barədə fikirləşməyə başlayırlar. Bu gün başlanan istənilən münasibət uzunmüddətli olacaq və insanlara böyük təsir göstərəcək.
Buğa - yaşlı qohumlarınızla aranızdakı münasibətlər gərginləşir. Onlar sizin zəifliklərinizi, səhvlərinizi göstərməkdən usanmırlar. Ancaq sevdiyiniz şəxslə münasibətləriniz yaxşı olacaq və birlikdə xoş vaxt keçirəcəksiniz.
Əkizlər - gün sakit axarlıdır. Məqsədyönlü Buğalar istədiklərinə çatacaqlar. Düzdür, bu, elə də sürətlə baş verməyəcək. Amma sizin səbriniz böyükdür. Yeni iş ortaqları ilə münasibətləri düzəltmək imkanı yaranır. Bunların arasında elələri də var ki, onlarla əməkdaşlıq barədə siz əvvəllər yalnız arzu edirdiniz.
Xərçəng - bu gün baş verən hadisələrlə sizin öz əməlləriniz arasında bir bağ tapmaq çətin deyil. Odur ki, bir çətinlik yaransa, tələsik günahkar axtarmağa çalışmayın. Əgər hadisələr xoşunuza gəlmirsə, çalışın, panikaya düşməyəsiniz. Yalnız sakitlik və təmkinlə şəraitə hakim ola bilərsiniz.
Şir - sizə təklif edilən xeyirxahlığın içində yamanlıq axtarsanız, onu əldən vermiş olarsınız. Hər işi vaxtında görüb qurtarın. Öz işinizə görə heç kəs sizə yalvaran deyil. Bütün insanlara hörmətlə yanaşın.
Qız - özünüzü vəziyyətin ağası kimi hiss edəcəksiniz. Nəzərdə tutduğunuz xeyriyyə tipli məsələləri həll etmək sizin üçün çətinlik törətməyəcək. Səhhətinizdən şikayətiniz olmayacaq.
Həmçinin oxuyun
Tərəzi - intuisiyanız sizə başqalarına mane olmadan öz mənafelərinizi qorumaq üçün nəyi necə etməyi yaxşı tövsiyə edir. Yalnız bir şey uğurunuzun qarşısını kəsə bilər - öz gücünüzə inamsızlıq, kimdənsə haqlı olduğunuza dair rəy gözləməyiniz. Təəssüf ki, bu gün tərəfdaşlarınız az, sizə "doğru" yol göstərmək istəyənlər isə çox olacaq.
Əqrəb - maraqlı layihələr, uğurlu investisiyalar üçün uğurlu gündür. Bu gün geniş miqyasda fikirləşmək, gələcək üçün planlar qurmaq çətin deyil. Bütün bunları həmfikirlərlə müzakirə etmək isə çox maraqlı və xoş olacaq.
Oxatan - əgər maddi vəziyyətinizi yüksəltmək qayğısına qalmasanız, çox tezliklə peşiman olacaqsınız. İndi biznes planlarını həyata keçirmək üçün imkanlarınız genişdir. Bacardıqca az əsəbiləşin.
Oğlaq - səhhətinizdən şikayətiniz olmayacaq. Özünüzü güclü hiss edəcəksiniz. Maddi durumunuzu artırmaq hələ ki, müşkül işə çevrilib. Bununla belə, ümumi ovqatınız cox yüksəkdir.
Dolça - özünüzü güclü hiss edəcəksiniz. Əsəbi keçən bu gün sizə maddi heç nə vəd etmir. Ünsiyyətlərinizdə diqqətli olun. Maddi imkansızlıq problemlərinizi çoxaldır. Dözümünüzü artırın.
Balıqlar - məxariciniz mədaxilinizdən çoxdur. Prinsiplərinizə uyğun gəlməyən mənbələrdən imtina etməyinizin yeri var. Sizi vicdanlI və ağıllı adam kimi tanıyırlar. Bu, əslində, belədir. Ünsiyyətdə güzəştə gedin.
19:26 / 15 Aprel 2026
16
19:16 / 15 Aprel 2026
22
19:05 / 15 Aprel 2026
41
19:04 / 15 Aprel 2026
37
18:56 / 15 Aprel 2026
65
18:47 / 15 Aprel 2026
246
18:46 / 15 Aprel 2026
36
18:43 / 15 Aprel 2026
62
18:36 / 15 Aprel 2026
49
18:27 / 15 Aprel 2026
66
18:10 / 15 Aprel 2026
1136
17:46 / 15 Aprel 2026
68
17:15 / 15 Aprel 2026
68
17:01 / 15 Aprel 2026
72
16:49 / 15 Aprel 2026
1184
16:45 / 15 Aprel 2026
73
16:35 / 15 Aprel 2026
483
16:30 / 15 Aprel 2026
57
16:20 / 15 Aprel 2026
763
15:50 / 15 Aprel 2026
62
15:47 / 15 Aprel 2026
56
15:45 / 15 Aprel 2026
70
15:44 / 15 Aprel 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.