Əhaliyə ŞAD XƏBƏR:Bu tarixədək PULSUZ OLDU
06 Noyabr 2026, 21:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
41
06.11.2026, 21:25
Noyabrın 5-də Azərbaycan Texniki Universitetinə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə tarixi qələbəmizi 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbiri keçirilib.
Tədbirdə Texniki Universitetin rektoru Vilayət Vəliyev, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin uzvu, Prezident təqaudcusu, “Fire Land Group” rəhbəri Mircəlal Qurbanov, müəllim və tələbə kollektivi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, media və ictimaiyyət numayəndələri iştirak edib.
Tədbirdən öncə Ulu öndərin büstü önünə və şəhidlərin xatirə abidəsinin önünə güllər düzülüb.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi və Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə "BAYFİLM"MMC tərəfindən istehsal olunmuş "Missiya" qısametrajlı bədii film nümayiş olunub.
Film tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Millət vəkili Ceyhun Məmmədov, Texniki Universitetin rektoru Vilayət Vəliyev, "Şəhid Analarına Dəstək"İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu çıxış edərək qeyd ediblər ki, erməni işğalçıları üzərində qazanılan tarixi qələbənin altıncı ildönümü tamam olur. Bu möhtəşəm qələbə heç də asan əldə olunmamışdır, xalqımız 30 il ərzində minlərlə şəhid vermiş, minlərlə gəncimiz sağlamlığını itirmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 günə başa çatan Tarixi Qələbə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Bu müddətdə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Bu birlik bizi Qarabağa qaytardı və 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.
Çıxış edənlər Vətən uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirin təşkil olunmasına minnətdarlıqlarını bildiriblər.
Gənc xanən Həbib Allahverdiyevin ifasında Vətən və Azərbaycan haqqında mahnılar ifa edilib.
Sonda xatirə şəkilləri çəkilib.


21:31 / 06 Noyabr 2026
1
21:27 / 06 Noyabr 2026
34
21:13 / 06 Noyabr 2026
45
21:02 / 06 Noyabr 2026
56
21:01 / 06 Noyabr 2026
52
20:52 / 06 Noyabr 2026
79
20:45 / 06 Noyabr 2026
81
20:44 / 06 Noyabr 2026
80
20:19 / 06 Noyabr 2026
150
20:12 / 06 Noyabr 2026
258
19:48 / 06 Noyabr 2026
101
19:37 / 06 Noyabr 2026
268
19:37 / 06 Noyabr 2026
116
19:07 / 06 Noyabr 2026
384
18:43 / 06 Noyabr 2026
143
18:33 / 06 Noyabr 2026
150
18:27 / 06 Noyabr 2026
1125
18:24 / 06 Noyabr 2026
127
18:13 / 06 Noyabr 2026
152
17:55 / 06 Noyabr 2026
149
17:46 / 06 Noyabr 2026
141
17:42 / 06 Noyabr 2026
578
17:29 / 06 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.