Pensiyalarla bağlı mühüm dəyişiklik – Kimlərə necə təsir edəcək?
16 Oktyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
66
16.10.2026, 12:32
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq.
Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.
Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
13:45 / 16 Oktyabr 2026
18
13:22 / 16 Oktyabr 2026
60
13:18 / 16 Oktyabr 2026
73
13:07 / 16 Oktyabr 2026
76
13:04 / 16 Oktyabr 2026
86
13:01 / 16 Oktyabr 2026
57
12:56 / 16 Oktyabr 2026
931
12:53 / 16 Oktyabr 2026
56
12:46 / 16 Oktyabr 2026
67
12:37 / 16 Oktyabr 2026
75
12:30 / 16 Oktyabr 2026
59
12:28 / 16 Oktyabr 2026
279
12:25 / 16 Oktyabr 2026
68
12:23 / 16 Oktyabr 2026
70
12:21 / 16 Oktyabr 2026
61
12:10 / 16 Oktyabr 2026
177
12:08 / 16 Oktyabr 2026
235
12:06 / 16 Oktyabr 2026
167
12:03 / 16 Oktyabr 2026
264
12:00 / 16 Oktyabr 2026
71
11:55 / 16 Oktyabr 2026
99
11:51 / 16 Oktyabr 2026
87
11:46 / 16 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.