Küləyin gücü 8 balı keçsə, işlər dayandırılacaq
16 Oktyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
189
16.10.2026, 12:28
Azərbaycan banklarının müştərilərinə işsizlikdən sığorta xidmətini təqdim etməyə hazırlaşdığı xəbər verilir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, müvafiq qaydaların cari ilin sonunadək qüvvəyə minməsi nəzərdə tutulur və bu sığorta işçinin öz istəyi ilə işdən ayrılması, eləcə də kütləvi ixtisarlar kimi halları əhatə edəcək. Yeni mexanizm istehlak krediti götürən şəxslərin işsiz qaldıqları zaman üzləşə biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına kömək edəcək, lakin xidmətdən istifadə könüllü olacaq. İşsizlikdən sığorta şərtlərinin vətəndaşlar üçün neçə tənzimlənəcəyi və mexanizmin necə işləyəcəyi mövzusu xüsusi maraq doğurur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Oxu24.com-aaçıqlama verərək məsələnin detallarını və gözlənilən təsirlərini diqqətə çatdırıb.
İqtisadçı Xalid Kərimli yeni mexanizmin mahiyyətini izah edərək bildirib ki, işsizlikdən sığorta bankdan kredit götürən şəxsin sonradan işsiz qalacağı təqdirdə sığorta mexanizminin işə düşməsini nəzərdə tutur:
"Yeni qayda işsizlərə heç nə verməyəcək. Bu məsələ nədir? İşsizlikdən sığorta odur ki, bankdan kredit götürdükdə, işsiz olduqda sığorta işə düşəcək. Yəni iş yerindən ayrıldıqdan sonra krediti verməmək məcburiyyətindəsən. Krediti qaytaranda sığorta ödəniş edəcək, sığorta hadisəsi baş vermiş olacaq”.
Xalid Kərimli könüllülük məsələsinə və digər kredit növlərinə toxunaraq qeyd edib ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun bəyanatında istehlak kreditləri üçün xidmətin könüllü olacağı bildirilir:
"İstehlak kreditlərində könüllü olması yaxşıdır. Ama könüllü olmayan hissə nə olacaq? Bu ipoteka kreditlərində, biznes kreditlərində olacaq. Yəni indi ipoteka kreditində vətəndaş kredit götürəndə bir əmlakı sığortalanır, ikincisi həyat sığortası edir, həm də gələcəkdə işsizlik sığortası olacaq. Bu da sığorta ödənişlərini artıracaq”.
İqtisadçı bildirib ki, istehlak kreditləri üzrə işsizlikdən sığorta xidmətindən istifadə könüllü olacaq. Onun sözlərinə görə, vətəndaşlar kredit götürərkən bu sığortadan yararlanıb-yararlanmayacaqlarına özləri qərar verəcəklər. Lakin sığorta ödənişlərinin hansı şərtlərlə həyata keçiriləcəyi, işsizliyin hansı müddətinin sığorta hadisəsi hesab olunacağı və ödəniş mexanizminin necə tənzimlənəcəyi hələ dəqiqləşdirilməlidir.
Xalid Kərimli qeyd edib ki, yeni mexanizm çərçivəsində vətəndaşlar sığorta haqqı ödəməli olacaqlar. İşsizlik halı baş verdikdə isə sığorta kredit öhdəliklərinin yerinə yetirilməsinə dəstək göstərəcək. Bununla belə, mexanizm hazırda işsiz olan şəxslərə şamil edilməyəcək. Sığortadan yalnız işlədiyi dövrdə kredit götürən və sonradan işsiz qalan şəxslərin yararlanması nəzərdə tutulur.
İqtisadçı sonda vurğulayıb ki, xidmətin vətəndaşlar üçün əlçatan olması vacibdir. Onun fikrincə, sığorta haqları və istifadə şərtləri vətəndaşların imkanlarına uyğun müəyyənləşdirilməlidir ki, yeni mexanizm real ehtiyacı olan şəxslər üçün faydalı olsun.
Çimnaz Telmanqızı
13:22 / 16 Oktyabr 2026
1
13:18 / 16 Oktyabr 2026
10
13:07 / 16 Oktyabr 2026
37
13:04 / 16 Oktyabr 2026
52
13:01 / 16 Oktyabr 2026
42
12:56 / 16 Oktyabr 2026
458
12:53 / 16 Oktyabr 2026
42
12:46 / 16 Oktyabr 2026
52
12:37 / 16 Oktyabr 2026
59
12:32 / 16 Oktyabr 2026
50
12:30 / 16 Oktyabr 2026
47
12:25 / 16 Oktyabr 2026
56
12:23 / 16 Oktyabr 2026
56
12:21 / 16 Oktyabr 2026
49
12:10 / 16 Oktyabr 2026
146
12:08 / 16 Oktyabr 2026
219
12:06 / 16 Oktyabr 2026
137
12:03 / 16 Oktyabr 2026
209
12:00 / 16 Oktyabr 2026
63
11:55 / 16 Oktyabr 2026
81
11:51 / 16 Oktyabr 2026
72
11:46 / 16 Oktyabr 2026
83
11:44 / 16 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.