Bakıda bu yollarda sıxlıq var - SİYAHI
05 Noyabr 2026, 09:14
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
316
16.10.2026, 13:18
Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb.
Oxu24.com xəbər verir ki, Türkiyənin "Haber Global" televiziya kanalı məsələ ilə bağlı xüsusi süjet hazırlayıb.
"Haber Global"ın əldə etdiyi məlumata görə, İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfəri zamanı Azərbaycan Hava Yollarının (AZAL) adi kommersiya reysindən istifadə edib. Türkiyə rəsmiləri isə İsrail Prezidentinin sözügedən mülki təyyarədə olması barədə məlumatlarının olmadığını təsdiqləyiblər.
Bəs beynəlxalq aviasiyada bu sistem necə işləyir?
Türkiyə tərəfi İsrail prezidentinin hava gəmisində olması barədə məlumatı olmalı idimi?
Xüsusilə qeyd edək ki, hər hansı bir ölkənin müntəzəm aviareyslərdəki sərnişinlər barədə tranzit ölkələrə məlumat vermək öhdəliyi yoxdur. Beynəlxalq aviasiya qaydaları da belə bir məcburiyyət nəzərdə tutmur.
Bu məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına və beynəlxalq hava naviqasiyasında tətbiq olunan standart proseduralarda öz əksini tapır.
Mülki təyyarə beynəlxalq marşrut üzrə müntəzəm reys həyata keçirərkən tranzit ölkələrin hava hərəkətini idarəetmə xidmətlərinə uçuş planı, hava gəmisinin tipi, uçuş dəhlizi və əsas texniki məlumatlar ötürülür. Lakin təyyarədəki sərnişinlərin şəxsiyyətləri və ya göyərtədə yüksəkvəzifəli şəxslərin (VIP) olub-olmaması barədə heç bir halda məlumat verilmir.
Türkiyə tərəfinin tətbiq etdiyi qadağa İsrailə məxsus hökumət və dövlət təyyarələrini, o cümlədən "Sionun qanadı" kimi tanınan rəsmi dövlət təyyarəsini əhatə edir.
AZAL-a məxsus müntəzəm sərnişin təyyarələri isə standart kommersiya reysləri həyata keçirdiyindən sözügedən hava gəmisi İsrail tərəfindən yüksəkvəzifəli dövlət rəsmisinin tranzit keçidi üçün xüsusi icazə tələb edilməyə ehtiyac duyulmadan Türkiyənin hava məkanından istifadə edilib.
Qeyd edək ki, zirvə görüşü 29 üzv ölkə ilə yanaşı, müşahidəçi dövlətlər, tərəfdaşlar və beynəlxalq təşkilatların nümayəndələrinin də daxil olduğu 50-dən çox nümayəndə heyətinin iştirakı ilə keçirilib.
Toplantıda Özbəkistan, Qırğızıstan, Laos, İsrail, Kamboca və bir sıra digər ölkələrin dövlət və hökumət başçıları, Türkiyə, Rusiya, Çin və digər ölkələrin xarici işlər nazirləri, eləcə də yüksəkvəzifəli rəsmi nümayəndələri iştirak ediblər.
16:47 / 05 Noyabr 2026
1
16:34 / 05 Noyabr 2026
50
16:30 / 05 Noyabr 2026
51
16:25 / 05 Noyabr 2026
61
16:20 / 05 Noyabr 2026
61
16:09 / 05 Noyabr 2026
458
15:55 / 05 Noyabr 2026
786
15:46 / 05 Noyabr 2026
119
15:31 / 05 Noyabr 2026
195
15:25 / 05 Noyabr 2026
115
15:10 / 05 Noyabr 2026
97
14:57 / 05 Noyabr 2026
201
14:50 / 05 Noyabr 2026
158
14:48 / 05 Noyabr 2026
189
14:44 / 05 Noyabr 2026
103
14:41 / 05 Noyabr 2026
148
14:36 / 05 Noyabr 2026
111
14:25 / 05 Noyabr 2026
163
14:24 / 05 Noyabr 2026
136
14:18 / 05 Noyabr 2026
330
14:08 / 05 Noyabr 2026
174
14:01 / 05 Noyabr 2026
133
13:48 / 05 Noyabr 2026
1503
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.