Bakı Moskva və Kiyev arasında körpü ola bilərmi? — ŞƏRH
05 Noyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1014
16.10.2026, 11:35
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan bəzi iddialara aydınlıq gətirilib.
Oxu24.com xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, bu iddiaların heç bir əsası yoxdur və məsələ kifayət qədər sadədir.
Məlumata görə, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı–Tel-Əviv–Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.
Yəni İsrail Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib.
Türkidə isə hər dəfə Azərbaycanla bağlı bir bəhanə axtarıb, “təftiş” edənlər bunu da manipulyasiya mövzununa çeviriblər. Halbuki kommersiya reysləri ilə səfər edən şəxslərlə bağlı eyni yanaşma tətbiq edilərsə, Türkiyə Hava Yolları, “Pegasus Airlines”, “AJet” və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar.
İsrail Prezidentinin kommersiya reysi ilə bilet alaraq Azərbaycana səfər etməsi adi sərnişin uçuşudur. Onun hansı reyslə və hansı qaydada Bakıya gəldiyi barədə əsassız çağırışların irəli sürülməsinin məntiqi əsası yoxdur.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında müxtəlif sahələrdə mövcud əlaqələr nəzərə alınmaqla, İsrail Prezidentinin Azərbaycana kommersiya reysi ilə səfər etməsinin xüsusi müzakirə predmetinə çevrilməsi düzgün yanaşma deyil.
Xatırladaq ki, İsrail Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
15:10 / 05 Noyabr 2026
26
14:57 / 05 Noyabr 2026
87
14:50 / 05 Noyabr 2026
85
14:48 / 05 Noyabr 2026
86
14:44 / 05 Noyabr 2026
71
14:41 / 05 Noyabr 2026
95
14:36 / 05 Noyabr 2026
81
14:25 / 05 Noyabr 2026
105
14:24 / 05 Noyabr 2026
101
14:18 / 05 Noyabr 2026
243
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
102
13:48 / 05 Noyabr 2026
1092
13:41 / 05 Noyabr 2026
108
13:20 / 05 Noyabr 2026
157
13:12 / 05 Noyabr 2026
173
13:02 / 05 Noyabr 2026
387
13:00 / 05 Noyabr 2026
199
12:56 / 05 Noyabr 2026
191
12:51 / 05 Noyabr 2026
134
12:41 / 05 Noyabr 2026
451
12:40 / 05 Noyabr 2026
139
12:39 / 05 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.