Adambaşına müavinət xərci 3946,16 manat olacaq
05 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
207
16.10.2026, 12:21
Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, bir vaxtlar “dövlət xidməti” dedikdə vətəndaşın idarəyə gəlməsi, hakimiyyət təmsilçisi və məmurla əyani görüşməsi, sənədlərini şəxsən təqdim etməsi və cavab gözləməsi başa düşülürdü: “Əlbəttə, birbaşa insan ünsiyyəti, fiziki qəbul və fərdi müraciət imkanları heç vaxt inkar olunmur və olunmamalıdır. Lakin müasir dövlətin gücü həm də vətəndaşın vaxtına qənaət etməsində, onu idarələr arasında zaman itirmək məcburiyyətindən azad etməsində və xidmətləri daha əlçatan etməsindədir. Azərbaycan ASAN xidmət modeli ilə mühüm yeniliklərə imza atıb. İndi elektron xidmətlər və EHİS üzərindən elektron kabinet imkanlarının genişləndirilməsi dövlət idarəçiliyində növbəti mərhələdir. Hesab edirəm ki, gələcək mərhələ süni intellekt əsaslı dövlət xidmətləri olacaq. Vətəndaşın müraciətini anlayan, qanunvericiliyi izah edən, tələb olunan sənədləri müəyyənləşdirən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən intellektual platformalar dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilə bilər. Lakin süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, dövlətin vətəndaş qarşısındakı hüquqi məsuliyyətini isə əvəz etməməlidir. Dövlət xidmətləri daha çox idarə yaratmağı tələb etmir, vətəndaşın idarəyə müraciət ehtiyacını azaltmaqdadır. Yeni rəqəmsal platformların Azərbaycanda dövlət xidmətinin effektivliyni artıracağına inanırıq”.
15:10 / 05 Noyabr 2026
26
14:57 / 05 Noyabr 2026
87
14:50 / 05 Noyabr 2026
85
14:48 / 05 Noyabr 2026
86
14:44 / 05 Noyabr 2026
71
14:41 / 05 Noyabr 2026
95
14:36 / 05 Noyabr 2026
81
14:25 / 05 Noyabr 2026
105
14:24 / 05 Noyabr 2026
101
14:18 / 05 Noyabr 2026
243
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
102
13:48 / 05 Noyabr 2026
1092
13:41 / 05 Noyabr 2026
108
13:20 / 05 Noyabr 2026
157
13:12 / 05 Noyabr 2026
173
13:02 / 05 Noyabr 2026
387
13:00 / 05 Noyabr 2026
199
12:56 / 05 Noyabr 2026
191
12:51 / 05 Noyabr 2026
134
12:41 / 05 Noyabr 2026
451
12:40 / 05 Noyabr 2026
139
12:39 / 05 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.