Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
27.09.2026, 16:36
Bakı və Abşeron yarımadasında torpaq bazarı son illər sürətli transformasiya dövrünü yaşayır. Paytaxtın mərkəzi hissələrində tikinti sahələrinin kəskin azalması, fərdi yaşayış evlərinə artan tələbat və şəhərsalma strategiyalarının yenilənməsi investorların diqqətini şəhərətrafı zonalara yönəldib. Bu məkanda gəlirli investisiya etmək üçün əsas meyar yalnız torpağın hazırkı qiyməti deyil, yarımadada həyata keçirilən magistral yol layihələri, ictimai nəqliyyatın, xüsusən metro və dəmir yolu xətlərinin genişlənməsi, eləcə də dövlət səviyyəsində planlaşdırılan xüsusi iqtisadi və rekreasiya zonalarıdır.
Oxu24.com Yeni Sabaha istinadən xəbər verir ki, yaxın gələcəkdə qiymətində kəskin artım dinamikası gözlənilən birinci böyük istiqamət nəqliyyat və logistika qovşaqlarının formalaşdığı ərazilərdir. Bənövşəyi metro xəttinin genişlənməsi və ticarət-logistika obyektlərinin şəhər mərkəzindən kənara çıxarılması Xocəsən, Qobu və Lökbatan istiqamətindəki torpaqların dəyərini sürətlə artırır. Hazırda nisbətən mülayim qiymət təklif edən bu ərazilər, yeni infrastruktur tamamlandıqca yüksək faizli gəlirlilik vəd edir. Oxşar dinamika Ələt Azad İqtisadi Zonası və yeni dəniz limanı ətrafında da müşahid olunur. Puta və Ələt istiqamətində yerləşən kommersiya, anbar və sənaye təyinatlı torpaq sahaləri uzunmüddətli iri miqyaslı yatırımlar üçün Abşeronun ən strategiya baxımından gəlirli nöqtələrindən birinə çevrilir.
Mərkəzə gündəlik gediş-gəliş imkanı verən yaşayış zonalarında isə Saray, Ceyranbatan və Masazırın yuxarı hissələri ön plana çıxır. Bakı-Sumqayıt magistralının buraxılış qabiliyyətinin artırılması və alternatif giriş-çıxış yollarının çəkilməsi bu qəsəbələrdə fərdi ev tikintisinə olan tələbatı mütəmadi olaraq yüksəldir. Əhalinin sıxlaşması ilə parallel olaraq kommunal infrastrukturun yaxşılaşması bu zonalarda çıxarışlı torpaqların dəyərini hər il sabit və proqnozlaşdırılan tempdə artırır. pizza
Dənizkənarı turizm və bağ evləri segmentində isə prioritetlər coğrafiyası dəyişməkdədir. Mərdəkan və Şüvəlan kimi ənənəvi elit ərazilərdə qiymətlər artıq pik həddə çatdığından, alıcı axını Pirşağı, Görədil, Nardaranın Ləhiş bağları hissəsi və Türkan istiqamətinə yönəlir. Xüsusilə Pirşağıda çimərlik və rekreasiya zonalarının yenidən qurulması, Abşeron dairəvi dəmir yolu xəttinin mövcudluğu bu qəsəbədəki torpaqların qiymətinə kəskin təkan verib. Türkan və Zirə isə sahilə yaxınlıq və sot başına düşən nisbətən aşağı ilkin qiymət baxımından orta müddətdə yüksək artım faizi əldə etmək istəyən investorlar üçün əlverişlidir.
Bununla belə, Abşeron yarımadasında torpaq investisiyasının uğuru birbaşa hüquqi və texniki risklərin düzgün qiymətləndirilməsindən asılıdır. İnvestisiya məqsədli alınan torpağın mütləq xüsusi mülkiyyət təyinatlı Çıxarışa (Kupçaya) və dəqiq kadastr xəritəsinə malik olması vacibdir. Sənədsiz, bələdiyyə qərarlı və ya kənd təsərrüfatı təyinatlı sahələrin yaşayış statusuna keçirilməsi ciddi vaxt və maliyyə itkisinə səbəb ola bilər. Bundan əlavə, ərazinin mərkəzi kommunikasiya xətlərinə, xüsusilə kanalizasiya sisteminə çıxışının olması və yüksək gərginlikli xətlər, neft kəmərləri kimi mühafizə zolaqlarına düşməməsi investisiyanın likvidliyini təmin edən əsas amillərdir. Yüksək likvidlik və tez realizə oluna bilən gəlir üçün Pirşağı, Saray və Xocəsən; daha böyük miqyaslı və uzunmüddətli kapital artımı üçün isə Ələt, Qobu və Türkan istiqamətləri hazırda ən optimal seçimlər hesab olunur.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.