Tualetdən gec çıxan azərbaycanlı döyüldü
26 Noyabr 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
27.09.2026, 08:36
Azərbaycanda bank kartları ilə bağlı yeni məhdudiyyət tətbiq olunur. Belə ki, bir sıra banklar vətəndaşlara eyni valyutada eyni kateqoriyaya aid birdən artıq debet kartının satışını dayandırır. Bəzi banklar artıq bu qaydanı tətbiq edir, digərləri isə oktyabrın 1-dən etibarən məhdudiyyətə keçəcək.
Yeni qayda vətəndaşların bank kartlarından istifadəsinə necə təsir edəcək? Eyni valyutada ikinci kartın alınmasına niyə məhdudiyyət qoyulur?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova müştərinin məsələn, AZN valyutasında aktiv debet kartı varsa, eyni bankdan eyni kateqoriyada ikinci AZN debet kartı sifariş etmək mümkün olmayacaq deyib:
“Lakin eyni bankdan USD və ya EUR kimi başqa valyutada kart almaq mümkün olacaq. Qaydanın rəsmi və ətraflı əsaslandırması hələ açıq şəkildə təqdim edilməyib. Amma qərarın məntiqi izahı olmalıdır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, 2026-cı ilin iyulunun sonunda dövriyyədə 22,785 milyon ödəniş kartı olub. Bu, illik müqayisədə 8,9 faiz artım deməkdir. Debet kartlarının sayı isə 10,5 faiz artıb. Yəni kartların sayı və nağdsız ödənişlərin həcmi sürətlə artır. Bu, müsbət haldır. Yeni qərar isə vətəndaşların kartlardan istifadə imkanlarını məhdudlaşdırır. Eyni valyutada bir neçə debet kartını paralel saxlamaq mümkün olmayacaq. Məsələn, eyni valyutada olan kartlardan biri gündəlik alış-veriş, digəri onlayn ödənişlər, üçüncüsü isə başqa məqsədlər üçün istifadə olunurdusa, gələcəkdə həmin ehtiyacları müxtəlif bankların kartları yaxud onların təklif etdiyi digər kart məhsulları, o cümlədən rəqəmsal kartlar vasitəsilə qarşılamaq lazım gələ bilər”.
İqtisadçı bildirib ki, eyni valyutada ikinci debet kartının alınmasına məhdudiyyət vətəndaş üçün əlavə rahatlıq yaratmır:
“Əksinə, seçim imkanlarını məhdudlaşdırır. Əgər qaydanın məqsədi şəffaflığın və maliyyə nəzarətinin gücləndirilməsidirsə, bunun yükünün bütün müştərilərin üzərinə qoyulması əvəzinə, riskli əməliyyatlara yönəlmiş nəzarət mexanizmlərinin tətbiqi daha məqsədəuyğun olardı. Məhdudiyyətin konkret hüquqi əsası və bütün banklarda eyni tətbiq mexanizmi ilə bağlı əlavə rəsmi izahat yayımlanarsa, qərarın səbəbləri daha dəqiq aydınlaşacaq”.
22:07 / 26 Noyabr 2026
31
21:58 / 26 Noyabr 2026
56
21:52 / 26 Noyabr 2026
56
21:43 / 26 Noyabr 2026
63
21:37 / 26 Noyabr 2026
87
21:33 / 26 Noyabr 2026
83
21:27 / 26 Noyabr 2026
75
21:19 / 26 Noyabr 2026
82
21:08 / 26 Noyabr 2026
93
21:04 / 26 Noyabr 2026
680
20:55 / 26 Noyabr 2026
101
20:50 / 26 Noyabr 2026
90
20:38 / 26 Noyabr 2026
89
20:31 / 26 Noyabr 2026
98
20:26 / 26 Noyabr 2026
219
20:22 / 26 Noyabr 2026
95
20:09 / 26 Noyabr 2026
108
20:02 / 26 Noyabr 2026
196
19:58 / 26 Noyabr 2026
866
19:46 / 26 Noyabr 2026
126
19:30 / 26 Noyabr 2026
135
19:23 / 26 Noyabr 2026
173
19:13 / 26 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.