Alyona Əliyeva rəssam Anar Hüseynzadənin fərdi sərgisinin açılış mərasimində iştirak edib - FOTO
17 Oktyabr 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
210
26.09.2026, 13:25
Son günlər Bakıda temperaturun yüksək olmamasına baxmayaraq, havanın ağır, “yapışqan” və boğucu hiss edilməsi insanlarda narahatlıq yaradıb. Xüsusilə gün ərzində temperatur 21–24 dərəcə ətrafında olsa da, havadakı rütubətin yüksək olması bədəndə temperaturun daha yüksək hiss edilməsinə və nəfəs alma zamanı narahatlığa səbəb olub.
Bəs bu hava şəraitinin yaranmasına hansı amillər təsir edir? Belə hava Bakı və Abşeron üçün nə qədər xarakterikdir?
Oxu24.com xəbər verir ki, Qaynarinfo bu suallarla bağlı meteoroloq Cavid Hüseynovun fikirlərini öyrənib.
Meteoroloq bildirib ki, son günlər havanın “yapışqan” və boğucu hiss edilməsinin əsas səbəbləri yüksək nisbi rütubət, Xəzər dənizindən intensiv buxarlanma və küləyin zəifləməsidir:
“Son bir neçə gündə Bakıda havanın temperaturu çox yüksək olmasa da, havanın "yapışqan" və boğucu hiss edilməsinin əsas səbəbi yüksək nisbi rütubət, dənizdən intensiv buxarlanma və küləyin zəifləməsidir. Temperatur 21–24 °C civarında olduqda belə, havadakı rütubət dərəcəsi 75–85%-ə çatdıqda hava su buxarı ilə kəskin şəkildə doyur. Xüsusilə sentyabr ayında Xəzər dənizinin suyu hələ də isti qaldığından dəniz səthindən güclü buxarlanma baş verir”.
Cavid Hüseynov deyir ki, küləyin zəifləməsi də rütubətli havanın şəhər üzərində qalmasına səbəb olur:
“Bakını təmizləyən və rütubəti dağıdan əsas amil olan şimal küləyi (Xəzri) kəsildikdə və ya zəif cənub mehi əsdikdə, bu rütubətli hava kütləsi Abşeron yarımadasının üzərində hakim olur və durğunluq yaranır. Bədənimiz özünü sərinlətmək üçün tər xaric etsə də, həddindən artıq rütubətli havada tər dərhal buxarlana bilmədiyindən dərinin üzərində qalaraq yapışqan hiss və nəfəsalmanı çətinləşdirən ağır bir bürkü yaradır”.
Meteoroloq qeyd edib ki, belə hava şəraiti Bakı və Abşeron yarımadası üçün xarakterik hesab olunur:
“Bu cür hava şəraiti Bakı və Abşeron yarımadası üçün tamamilə xarakterikdir. Şəhərin üç tərəfdən dənizlə əhatə olunması ona özünəməxsus yarımada mikroiqlimi yaradır. Xüsusilə avqust və sentyabr aylarında, dəniz suyu maksimum qızdıqdan sonra, küləksiz keçən günlərdə bu tipli rütubətli havalar tez-tez təkrarlanır”.
Cavid Hüseynov bildirib ki, Bakıda havanın necə hiss edilməsi əsasən küləyin istiqamətindən asılıdır:
“Bakıda havanın necə hiss edilməsi birbaşa küləyin istiqamətindən asılıdır: cənub küləyi əsdikdə və ya hava sakitləşdikdə şəhərdə rütubət və bürkü kəskin artır, lakin şimal küləyi qalxan kimi bu rütubətli təbəqə bir neçə saat ərzində dağılır və hava yenidən mülayimləşir”.
00:27 / 17 Oktyabr 2026
108
00:12 / 17 Oktyabr 2026
76
23:58 / 16 Oktyabr 2026
96
23:49 / 16 Oktyabr 2026
136
23:42 / 16 Oktyabr 2026
93
23:42 / 16 Oktyabr 2026
160
23:29 / 16 Oktyabr 2026
483
23:22 / 16 Oktyabr 2026
75
23:08 / 16 Oktyabr 2026
82
23:06 / 16 Oktyabr 2026
458
23:01 / 16 Oktyabr 2026
91
23:00 / 16 Oktyabr 2026
76
22:55 / 16 Oktyabr 2026
352
22:52 / 16 Oktyabr 2026
74
22:45 / 16 Oktyabr 2026
79
22:35 / 16 Oktyabr 2026
634
22:25 / 16 Oktyabr 2026
93
22:14 / 16 Oktyabr 2026
80
22:11 / 16 Oktyabr 2026
74
22:08 / 16 Oktyabr 2026
86
21:50 / 16 Oktyabr 2026
116
21:18 / 16 Oktyabr 2026
104
21:16 / 16 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.