Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bəzi bölgələrdə dolu və leysan olacaq

Sabah bəzi bölgələrdə dolu və leysan olacaq

CƏMİYYƏT

63

07.09.2026, 12:42

Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bir qədər güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.