İpoteka ilə bağlı RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 07:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
628
05.09.2026, 19:00
Şuşada qaya daşlarının üzərinə yazıların yazılması tarixi və mədəni irsin qorunması baxımından ciddi fəsadlar yaradır. Bu cür hallar abidələrin ilkin estetik görünüşünə və tarixi dəyərinə xələl gətirməklə yanaşı, mədəni irsin gələcək nəsillərə orijinal şəkildə çatdırılmasını çətinləşdirir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, respublikamızda bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənov bu kimi hərəkətlərin yolverilməz olduğunu bildirərək həll yollarını diqqətə çatdırıb:
"Müxtəlif tikililərin üzərinə yazılan yazılar artıq mənfi anlamda vərdiş halını alsa da, bu halın tarixi abidələrə şamil edilməsi qəbulolunmazdır. Xüsusilə Şuşa kimi müqəddəs və tarixi məkanlarımızda bu cür mənzərə ilə qarşılaşmaq yolverilməzdir”.
Onun sözlərinə görə, bu əməlləri incəsənət və ya rəssamlıq janrı kimi təqdim etmək, yaxud məsələni müzakirə mövzusuna çevirmək kökündən yanlışdır. Cahid Həsənov qeyd edib ki, birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır. Bu cür hallar şəhərin vizual-estetik görünüşünə, etik normalara və mədəniyyətimizə ciddi xələl gətirir, tarixi-memarlıq irsimizi mahiyyətindən uzaqlaşdırır.
Memar bu cür qanunsuzluqların qarşısının alınması üçün aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir:
”Yerli və xarici turizm şirkətləri marşrut xəritələrinə uyğun olaraq turistlərlə xüsusi müqavilə bağlamalı, tarixi ərazilərdə riayət edilməli olan qaydalar hüquqi müstəviyə keçirilməlidir.
Mədəni irsə zərər vuran şəxslərə nisbətdə yüksək məbləğdə inzibati cərimələr müəyyən edilməli və protokol əsasında rəsmi şəkildə tətbiq olunmalıdır”.
Memar vurğulayıb ki, Bakı şəhərində, regionlara gedən magistral yollarda və turizm obyektlərində sosial reklam lövhələri quraşdırılmalıdır. Lövhələrdə abidələri korlamağın hüquqi məsuliyyəti və cərimə məbləğləri bir neçə dildə öz əksini tapmalıdır.
Aidiyyəti dövlət qurumları tərəfindən genişmiqyaslı sosial layihələr və tenderlər elan olunmalı, özəl sektorun və sponsorların dəstəyi ilə mədəni irsin qorunmasına yönəlmiş təbliğat işləri gücləndirilməlidir.
Çimnaz Ağayeva
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.