Kəmaləddin Heydərovun rəis təyin etdiyi polkovnik KİMDİR? -FOTO
02 Noyabr 2026, 21:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1587
22.09.2026, 20:37
Əlicançay su anbarının tikintisi altına düşən torpaq sahələri mülkiyyətçilərinə dəyən zərər hesablanıb.
Oxu24.com-un xəbərinə görə, qiymətləndirmə nəticəsində kompensasiya məbləği müəyyən olunub.
Dəyən zərərə görə ümumilikdə 471 min 811 manat ödənişin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qiymətləndirmənin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən “Açar Qiymətləndirmə Mərkəzi” MMC-yə həvalə olunub.
Xatırladaq ki, Əlicançay su anbarı Oğuz və Şəki rayonları ərazisində tikilir. Su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.
ADSEA su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.
Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.
Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq.(Olke.az)
21:13 / 02 Noyabr 2026
12
21:13 / 02 Noyabr 2026
28
21:06 / 02 Noyabr 2026
39
21:01 / 02 Noyabr 2026
38
21:00 / 02 Noyabr 2026
42
20:47 / 02 Noyabr 2026
52
20:36 / 02 Noyabr 2026
111
20:34 / 02 Noyabr 2026
76
20:26 / 02 Noyabr 2026
773
20:23 / 02 Noyabr 2026
78
20:22 / 02 Noyabr 2026
71
20:16 / 02 Noyabr 2026
137
20:11 / 02 Noyabr 2026
81
20:00 / 02 Noyabr 2026
87
19:56 / 02 Noyabr 2026
94
19:55 / 02 Noyabr 2026
192
19:44 / 02 Noyabr 2026
100
19:33 / 02 Noyabr 2026
96
19:27 / 02 Noyabr 2026
397
19:16 / 02 Noyabr 2026
83
19:15 / 02 Noyabr 2026
118
19:09 / 02 Noyabr 2026
89
19:06 / 02 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.