Qaynar xətt:

(+99450) 247 90 86

“Formula 1” -ə görə Bakıda kəskin bahalaşma —  Qiymətlər 40 faiz artdı

“Formula 1” -ə görə Bakıda kəskin bahalaşma —  Qiymətlər 40 faiz artdı

CƏMİYYƏT

489

22.09.2026, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Formula 1” Bakıda kirayə bazarını hərəkətə GƏTİRDİ: Qiymətlər 40 faiz artdı

Paytaxt Bakıda növbəti dəfə təşkil olunacaq "Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində kirayə mənzil bazarında böyük fəallıq və canlanma müşahidə olunmaqdadır. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu yarışı izləmək üçün paytaxtımıza gələn xarici turistlərin sayının artması qısamüddətli mənzil kirayəsinə tələbatı kəskin şəkildə yüksəldib. Xüsusilə bolidlərin hərəkət etdiyi tras zonasında və şəhər mərkəzinə yaxın ərazilərdə yerləşən mənzillərə maraq hər zamankindən daha çox hiss olunur. Tələbatın kəskin artması öz növbəsində həmin ərazilərdə günlük icarə qiymətlərinin də hiss olunacaq dərəcədə qalxmasına gətirib çıxarıb. Qısamüddətli turist axınının mənzil bazarına təsiri və bunun bazarda uzunmüddətli struktur dəyişikliklərinə səbəb olub-olmayacağı məsələsi isə hazırda ekspertlər tərəfindən geniş müzakirə edilir. Tədbir günlərində mənzillərin doluluq faizinin maksimuma çatması və uzunmüddətli kirayədən günlük kirayəyə keçid meyilləri bazar iştirakçılarının diqqət mərkəzindədir. Məhz bu qlobal idman tədbirinin əmlak bazarına, qiymətlərə və gələcək gözləntilərə necə təsir etməsini aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac yaranıb.

Məsələ ilə əlaqədar olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Oxu24.com saytına ətraflı açıqlama verib.

AQC sədri Vüqar Oruc bildirib ki, bu cür beynəlxalq yarışların və tədbirlərin keçirilməsini təkrarən yalnız kirayə qiymətlərinin artımı ilə eyniləşdirmək doğru deyil. Çünki bu proses mənzil bazarında həm tələb, həm doluluq faizi (dolğunluq dərəcəsi), həm də kirayə müddəti baxımından müəyyən əsaslı dəyişikliklər formalaşdırır:

“Əvvəlki illərdə Bakıda belə miqyaslı beynəlxalq tədbirlərin olmadığı dövrlərdə gündəlik kirayələr o qədər də aktual deyildi. Həmin dövrdə də müəyyən tələb var idi, lakin nə qiymət baxımından kifayət qədər yüksək idi, nə də tələb indiki qədər böyük olmadığından bu biznes istiqamətinə güclü axın səbəb olmamışdı.

İndi isə gündəlik ev tələbləri artdığı üçün – şəhərimizə daha çox qonaqların gəlməsi, beynəlxalq tədbirlər və eyni zamanda belə yarışlarla bağlı olaraq – bu istiqamət kirayə bazarında kifayət qədər aktuallaşıb”.

Sədr nəzərə çatdırıb ki, tədbir sentyabrın 24–26 tarixlərində keçirilir və bu tədbirin trayektoriyası şəhər mərkəzinin hissəsindən keçdiyi üçün həmin əraziyə xüsusi təsir göstərəcək. Qısamüddətli də olsa, bu ərazidə kirayə tələbləri yüksələcək və eyni zamanda mənzillərin doluluq səviyyəsi də artacaq. Xüsusilə də şəhər mərkəzi istiqamətində qiymətlərin ciddi şəkildə artacağını müşahidə edirik.

Vüqar Oruc qiymət artımı ilə bağlı dəqiq rəqəmləri açıqlayaraq qeyd edib ki, ötən illə müqayisədə qiymətlər iki dəfə deyil, təqribən 40 faiz artıb. Əvvəlki qiymətlər təqribən 250–400 manat arasında dəyişirdisə, indi qiymətlər 400–600 manat arası dəyişəcək. Hətta bir günlük kirayə qiymətinin 600 manata qədər olacağını ehtimal etmək olar.

O vurğulayıb ki, belə tədbirlər aylıq (uzunmüddətli) kirayə bazarını təsirləndirmir, çünki bu, ayrıca bir seqmentin hissəsi olduğundan sırf günlük ev kirayəsinə daha çox təsir göstərir:

“Bu qiymət artımı uzunmüddətli deyil, müvəqqəti xarakter daşıyır. Amma ehtimal var ki, tədbirin gedişatında qonaqların axını və ümumi proses əmlak bazarının bu seqmentinə öz təsirini göstərməkdə davam etsin”.

AQC sədri əlavə edib ki, uzunmüddətli kirayə stabil və dayanıqlı prosesdir, bundan gələn gəlir 12 ay boyunca mütəmadi olaraq vətəndaşın və ya sahibkarın mənfəəti kimi formalaşır. Şəhər mərkəzində və daha hərəkətli ərazilərdə bir neçə günlük kirayədən əldə olunan gəlir müəyyən dövrlər ərzində uzunmüddətli kirayə gəlirini üstələyə bilər – yəni hardasa bir neçə ayın kirayə məbləğini qısa müddətdə qazandırmış olar. Lakin bu, bütövlükdə kirayə bazarına qalıcı təsir demək deyil.

Sədr qeyd edib ki, şəhər mərkəzində uzunmüddətli kirayədə qalmaq istəyənlər də o qədər çox deyil, çünki həm hərəkətlilik, tıxaclar, həm də insan sıxlığı və eyni zamanda yüksək qiymətlər uzunmüddətli yaşayış üçün oraları o qədər də əlverişli etmir:

“Günlük kirayə üçün isə daha çox sahəsi az olan, lakin yüksək təchizata malik evlər ixtisaslaşır və uyğun gəlir. Böyük sahəli evlər bu istiqamətdə o qədər də arzulanan deyil”.

Vüqar Oruc bildirib ki, hər il günlük kirayə qiymətləri əvvəlki illərə nisbətən artır və bu, həm ümumi artım tendensiyası, həm də beynəlxalq tədbirlərə olan böyük marağın nəticəsidir. Qısamüddətli kirayə bazarının genişlənməsi mənzillərin yaşayış məqsədilə əlçatanlığına da təsir göstərir. Buna görə də bazarın inkişafı ilə yanaşı, mənzillərin uzunmüddətli kirayə fondunun qorunması arasında balansın formalaşması olduqca vacibdir. Gələcəkdə Avropada olduğu kimi, insanların mülkiyyətçilikdən kirayə yaşayış anlayışına (daimi yaşayış məskəni kimi kirayəyə baxılmasına) keçid dövrü də müzakirə oluna bilər, lakin bu, uzun illərdən sonra mümkün ola bilən bir prosesdir.

Çimnaz Telmanqızı

Bakıda məktəbdə HADİSƏ: Mədinənin cibindən nə çıxıb?

18:41 / 12 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda məktəbdə HADİSƏ: Mədinənin cibindən nə çıxıb?

3192

0
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama 

18:35 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ətin qiyməti ilə bağlı rəsmi açıqlama 

170

1
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI  

18:15 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI  

171

0
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

18:12 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

218

0
Allaha inanmaq gözəl bir düşüncədir, amma nə zaman və harada? -Aqşin Yenisey Yazır

17:54 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Allaha inanmaq gözəl bir düşüncədir, amma nə zaman və harada? -Aqşin Yenisey Yazır

139

0
Prezidentin sərəncamında yer alan tələbələr KİMLƏRDİR? -FOTOLAR

17:49 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sərəncamında yer alan tələbələr KİMLƏRDİR? -FOTOLAR

1091

1
Vilayət Eyvazov onunla görüşdü -FOTOLAR

17:47 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Vilayət Eyvazov onunla görüşdü -FOTOLAR

307

0
“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir” 

17:45 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir” 

153

0
Prezident Qanunu İMZALADI

17:39 / 12 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident Qanunu İMZALADI

1384

0
Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

17:33 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

95

0
“Məktəbdə hər kəs öz statusuna uyğun davranmalıdır” –Ekspertən MÜHÜM AÇIQLAMA  

17:33 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Məktəbdə hər kəs öz statusuna uyğun davranmalıdır” –Ekspertən MÜHÜM AÇIQLAMA  

90

0
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub 

17:26 / 12 Oktyabr 2026

DÜNYA DÜNYA

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub 

85

0