Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
281
22.09.2026, 19:11
Vətəndən uzaqdayam.Tükiyə uzaq deyil, yad deyil, qürbət deyil, zatən o da vətəndir. Burda könlümə Azərbaycan mahnıları düşür və tez-tez dinləyirəm. Dünən də kövrək vaxtlarımda "yutubda" bir az qurdalandım, yeni bir mahnıya qulaq asdım..
Alimlə Üzeyirin oxuduğu duetə..
Deməzdim ki ləzzət eləmədi..
Sosial şəbəkədə bu duet haqqında çox şeylər oxudum. Əksəriyyətin münasibəti, mənfidir, bəyənmirlər, bunu gözlənilməz hesab edirlər, Üzeyirin əvvəlki mahnılarından aldığı təəssüratı bu duetə də gətirib çıxarırlar..
Bir neçə dəfə diqqətlə qulaq asdım.
Bəlkə də bu duet mükəmməl deyil və hər kəsin zövqünə uyğun deyil. Sənətdə belə bir məcburiyyət də yoxdur. Amma mən bu ifada bir fərqlilik hiss etdim.
Biz adətən türklər demiş "çoğunluqla" sənətə əsərin özündən əvvəl onun müəllifi və ifaçısı haqqında formalaşdırdığımız münasibətlə qulaq asırıq.
Üzeyirin əksər mahnılarını mən də bayağı hesab edirəm və bunu gizlətmirəm. Kütlə üçün hazırlanmış, tez yadda qalan, tez də unudulan mahnılar onun yaradıcılığında az deyil. Amma bir sənətçini yalnız uğursuz və ya zövqümüzə uyğun olmayan əsərləri ilə ölçmək də ədalətli deyil.
İnsan dəyişə bilər, ifası dəyişə bilər.
Musiqiçi başqa bir nəfəsin yanında özünün bilmədiyi bir tərəfini göstərə bilər.
Bəlkə də bu duetdə baş verən məhz budur.
Alimin səsində elə bir dərinlik var ki, o səs mahnını sadəcə oxumur, ona yaşanmış bir ömrün unudulmuş şirinliyini qaytarır. Alim oxuyanda nəfəsin özü musiqinin bir hissəsinə çevrilir.Düzdü mən Alimi də heç ölümünə sevmirəm.
Üzeyirin səsi isə tamam başqa dünyadan gəlir.
Və bəlkə də bu iki fərqli dünyanın bir araya gəlməsi bizi təəccübləndirir.
Amma sənətin gözəlliyi də elə bundadır.
Həmişə eyni səslərin bir-birini tamamlaması lazım deyil. Bəzən ziddiyyət özü harmoniya yaradır.
Doğrusu bu dueti dinləyəndə Alimlə Üzeyirin kim olduqlarını əvvəllər nə oxuduqlarını, camaat nə deyir, və. s. bunların hamısını unutdum. Sadəcə musiqiyə qulaq asdım.
Və gördüm ki, biz bəzən musiqiyə qulaq asmaq əvəzinə, musiqi haqqında əvvəlcədən verdiyimiz qərara qulaq asırıq!!!
Bir mahnını sevməmək bizim haqqımızdır. Tənqid etmək də. Amma bəyənmədiyimiz hər şeyi bayağı adlandırmaq sənətin özünə qarşı bir haqsızlıqdır.
Çünki bayağılıqla sadəlik eyni şey deyil.
Kütləviliklə dəyərsizlik də eyni deyil.
Və ən əsası, tanınmış bir ifaçının əvvəlki işlərinə münasibətimiz onun hər yeni əsərinə verilmiş hökm olmamalıdır.
Mən bu duetdə məhz buna görə bir işıq gördüm.
Alimin səsi ilə Üzeyirin səsi bir-birinə bənzəmir. Elə yaxşı ki, bənzəmir.
Biri illərin içindən gəlir, o biri bugünün içindən.
Biri sanki yaddaşın səsidir, o biri həyatın.
Biri dinləyicini susdurub düşündürür, o biri onu özünə tərəf çəkir.
Və bu iki səs bir yerdə qəribə bir söhbət yaradır.
Bəlkə də duetə məhz söhbət kimi baxmaq lazımdır.
İki insanın, iki musiqi duyumunun, iki fərqli ifaçılıq məktəbinin söhbəti...
Məncə, bu duetə qulaq asarkən bir az səbirli olmaq lazımdır.
Çünki yaxşı musiqi həmişə qulağa ilk toxunduğu anda öz sirrini açmır.
Ona görə də bu dəfə çoxluğun fikrindən bir az kənara çəkilib öz qulağıma inanmaq istəyirəm.
Məncə, bu duet dinlənilməyə dəyər.
Bəlkə möhtəşəm deyil.
Bəlkə hamının sevəcəyi şəkildə də deyil.
Amma fərqlidir.
Sənətdə isə ən qiymətli şey məhz budur, hamının gözlədiyinin əksinə getmək!!!
Ayaz Arabaçı
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.