Məleykə Abbaszadə BDU-da nəyi dəyişəcək? - AÇIQLAMA
21 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
356
22.09.2026, 20:39
Köhnə bina evlərinin ("Xruşşovka" və "Leninqrad" layihəli) gələcəyi ilə bağlı, xüsusilə də onların sökülməsi və yeni binalarla əvəzlənməsi ilə bağlı əvvəllər müəyyən məlumatlar yayılsa da, hazırda bu istiqamətdə hər hansı işlər görülmür.
Həmin binaların istismara verilməsindən uzun müddət keçdiyi üçün onların dözümlülüyü ilə bağlı da müəyyən suallar yaranır. Bəs söküntü planları hansı mərhələdədir? Yaxın zamanlarda bu tip binaların əvəzlənməsi gözlənilirmi?
Oxu24.com Xəbər verir ki,mövzu ilə bağlı Plat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, əslində "Xruşşovka"ların sökülməsi ilə bağlı demək olar ki, son 10 ildir müxtəlif formalarda müzakirələr gedir, fikirlər bildirilir:
"Hətta bundan əvvəl də bildirilirdi ki, onlar dövlət hesabına söküləcək. Amma belə binaların kütləvi sökülməsi ilə bağlı hər hansı bir qərar yoxdur. Ümumilikdə Bakı şəhəri və onun ətrafında, Bakı-Abşeron ərazisində ələlxüsus 5 mərtəbədən ibarət olan binaların daha çox üstünlük təşkil etdiyi "Xruşşov" və fransız layihəli binaların sökülməsi ilə bağlı təxmini məlumat var. Həmin binaların sayı təxminən 20 minə yaxındır. Ölkə üzrə isə bu tip binaların sayı təxminən 25 minə yaxındır. Amma onların kütləvi sökülməsi ilə bağlı hər hansı bir məlumat yoxdur".
Ekspert qeyd edib ki, tək-tək halda yol qırağı, mərkəzi yollarımız üstündə, ticarət baxımından əlverişli yerlərdə, misal üçün "İnşaatçılar" metrosunun çıxışında, "Qara Qarayev" metrosunun çıxışı yaxınlığında olan ərazilərdə binalar sökülür:
"Amma iqtisadi baxımından bu binaların, misal üçün məhəllələrarası ərazilərdə sökülməsi iqtisadi baxımından əlverişli deyil. Nazirlər Kabinetinin bu barədə 83 saylı qərarı var. Birinci mikrorayonda istismar müddəti bitmiş binalarla bağlı Fövqəladə Hallar Nazirliyi müvafiq rəy verib. O rəyə uyğun olaraq Nazirlər Kabineti də onların söküntüsü ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncam təsdiqlənib. Sərəncamın imzalanmasından 9 il yarım keçməsinə baxmayaraq, 1-ci mikrorayon ərazisində yerləşən 30-dan çox bina, toplam olaraq axı 1850-1900-ə yaxın mənzil hələ də qalıb. Yəni orada olan binalar qəzalı və qismən qəzalı sayılır. Və iqtisadi baxımından əlverişli olmadığına görə, həmçinin də şəhərsalma normativlərinə günü bu gün cavab vermədiklərinə görə tikinti şirkətləri üçün həmin ərazinin söküntüsü əlverişsiz hesab olunub".
01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.