Eşidənlər küçə-küçə gəzib axtarmağa başladılar - 230 min verilir
22 Sentyabr 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
146
02.09.2026, 12:39
(Gözəl şairimiz, xeyirxahım Məmməd Aslanın ruhuna dualarla)
... Tələbəlik illərində sonsuz bir həvəs məni kəlbəcərli tələbə yoldaşlarımın yanına çəkirdi. Elə o illərdə saza vuruldum. Sazın üsyanları mənim içimdə idi. 70-ci illərdə “Azərbaycan gəncləri” qəzetində “Müjdə” ədəbi dərnəyi fəaliyyət göstərirdi. Orada Aşıq Şəmşiri iki dəfə uzaqdan gördüm. Gənclərlə görüşə gəlmişdi. Sonralar Dədə Şəmşir saz haqqında gəraylımı oxuyacaq, məni Məmməd Aslandan soruşacaqdı...
Bu haqda Məmməd Aslan “Saxla izimi, dünya” kitabında (1989) yazır:
“Gözəl qoşma, mükəmməl gəraylı, xoruz səsi eşitməmiş təcnis Dədə Şəmşirin qulağına hamıdan tez çatardı.
Ömrünün son çağlarıydı. Növbəti görüşümüzdə xoş-beşdən sonra:
-Ay oğul, - dedi. – Bu Firidun Ağazadə kimdir?
-Eşitməmişəm, Şəmşir əmi.
-Nə danışırsan!? Sən eşitməyəndə, tanımayanda, bəs kim tanıyacaq?!
Bu Firidun kimdi, nəçidi?” - deyə soruşmurdum. Çünki aşıq belə sorğu ilə ancaq qələm əhli olanları xəbər alırdı. Sonra da başladı eşitdiyim bu adamdan bir gəraylını məftunluqla əzbər deməyə:
Nə halətdi, nə qəmdi bu?
Can odlandı, nədəndi bu?
Telli sazda nə dəmdi bu? –
Çəkib zilə, oxay, oxay!
-Ay oğul, çox gözəl deyib, kəm-kəsirsiz yaradıb. Amma bu “oxay!” sözünü bizdə deyildiyi kimi “oxxay!” yaxud “oxqay!” şəklində söyləsək, lap ürəkdən tikan çıxarar:
...Alışdımı beçə pərdə,
Hal biləni salar dərdə.
“Baş Sarıtel” dinən yerdə
Döndüm telə, oxay, oxay!
Ruhani”dən ilham istə,
“Divani”dən qiyam istə,
“El havası” dünyam üstə
Gur şəlalə, oxay, oxay!
...Bəmin yanar, zilin yanar,
Kərəm kimi külün yanar.
Dilnən desən dilin yanar,
De saz ilə, oxay, oxay!
- Ayrı bəndləri də var, onlar da gözəldi! Amma möhürbəndi yoxdur. Əvvəl yazı-pozu sən deyən inkişaf etməmişdi, söz sahibinin adını bu təxəllüs bəndlər xalqın yaddaşında saxlayırdı. İndi mətbuat, dəftər-kitab, savad hər kəsin öz malını öz adına yazır. Genə deyirəm, olsa, yaxşıydı, qoşmanı təxəllüssüz görəndə elə bilirəm başı çiynində olmayan adam görürəm.
Nə yazıq ki, aşığın bu müəllifi tanımaq marağına işıq tuta bilmədim. Bu maraqla, şairlə çox sonralar, elə bu gəraylının sorağınca gəzib tanış oldum.
Dədə Şəmşir ömrün hər fəslində, hər ayında, hər günündə beləcə gözəl şeir axtarır, həqiqi şair soraqlardı. Məmməd Arazla da beləcə tanış olmuşdu.
p.s. Bax, burada böyük Məmməd Arazın adının çəkilməsi mənə xüsusən qiymətlidir – adım çox sevdiyim bir şairin adı ilə birlikdə çəkilir...
20:55 / 22 Sentyabr 2026
4
20:39 / 22 Sentyabr 2026
28
20:37 / 22 Sentyabr 2026
233
20:15 / 22 Sentyabr 2026
40
20:00 / 22 Sentyabr 2026
41
19:46 / 22 Sentyabr 2026
53
19:36 / 22 Sentyabr 2026
330
19:21 / 22 Sentyabr 2026
66
19:19 / 22 Sentyabr 2026
64
19:15 / 22 Sentyabr 2026
60
19:11 / 22 Sentyabr 2026
66
18:59 / 22 Sentyabr 2026
417
18:55 / 22 Sentyabr 2026
67
18:55 / 22 Sentyabr 2026
58
18:54 / 22 Sentyabr 2026
66
18:50 / 22 Sentyabr 2026
64
18:45 / 22 Sentyabr 2026
72
18:45 / 22 Sentyabr 2026
75
18:40 / 22 Sentyabr 2026
64
18:39 / 22 Sentyabr 2026
63
18:33 / 22 Sentyabr 2026
198
18:18 / 22 Sentyabr 2026
70
18:16 / 22 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.