Xalq artistindən hicabla bağlı AÇIQLAMA
12 Oktyabr 2026, 01:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
01.09.2026, 20:07
Azərbaycanda sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Həmin tikililərin rəsmiləşdirilməsi ölkəmizdə aktual məsələlərdən biridir və bu istiqamətdə proses davam etməkdədir.
Oxu24.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a bildirib ki, hazırda on minlərlə ev kütləvi şəkildə kənd təsərrüfatı torpaqlarının üzərində inşa olunub.
Onun sözlərinə görə, faktiki olaraq həmin evlərdə insanlar yaşayır və bu tikililər fərdi yaşayış evi kimi öz mövcudluğunu davam etdirir: “Yəni vətəndaşların faktiki mülkiyyəti mövcuddur, lakin bu, hüquqi cəhətdən rəsmiləşməyib. Çünki sənədlərdəki uyğunsuzluq həmin şəxslərə müvafiq dövlət qurumlarından mülkiyyət hüququnu təsdiqləyən və yaşayışa icazə verən hüquqi sənəd - çıxarış əldə etməyə imkan vermir. Lakin aparılan müzakirələr fonunda bu cür təyinatların dəyişmə mexanizmləri də qeyd olunub. Düşünürəm ki, gələcəkdə məhz kənd təsərrüfatı təyinatlı torpaqların üzərində - yəni sayca kifayət qədər evin kütləvi şəkildə tikildiyi ərazilərdə həmin torpaq sahələrinin statusunun yaşayış təyinatına dəyişdirilməsi istiqamətində müəyyən layihələr icra oluna bilər”. Marqarita pizza
Mütəxəssis söyləyib ki, burada müvafiq qurumun qarşısında iki yol var: “Ya qanunvericiliyə əsasən həmin evlər qanunsuz olduğuna görə sökülməlidir, ya da onları qanunsuz edən yeganə səbəb aradan qaldırılmalıdır. Yəni torpaq sahəsinə yaşayış təyinatlı status verilməlidir. Hesab edirəm ki, həmin evlərin ölkə iqtisadiyyatına qazandırılması, iqtisadi dövriyyəyə daxil olması - qiymətləndirmə, sığorta, girov, büdcəyə vergi ödəyən subyektə çevrilməsi, həmçinin miras olaraq vərəsəyə ötürülməsi və alqı-satqı obyekti olması üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsinə böyük ehtiyac var. Bunun mexanizmi və ya forması isə əmlak amnistiyası şəklində ola bilər ki, həmin torpaqların statusu birbaşa dəyişdirilsin”.
V.Oruc bildirib ki, sənədləşmə məsələsi yüksək gərginlikli elektrik xətlərinin, kommunikasiya vasitələrinin altında, strateji əhəmiyyətli, meşə fonduna daxil ərazilərdə və ya digər qadağan olunmuş zonalarda yerləşən evləri əhatə etməyəcək:
“Söhbət yalnız digər bütün meyarlar üzrə qanuni şəkildə inşa olunmuş, lakin tək problemi torpaq sahəsinin statusunun uyğun gəlməməsi olan evlərdən gedir ki, onları bir qərarla həll etmək olar. Yəni həmin evlərə amnistiya vermək olar. Bu, həm Azərbaycan dövlətinə, həm vətəndaşlara, həm də ölkə iqtisadiyyatına müvafiq qurumun mühüm töhfəsi olar və ən azı 500 mindən çox sənədsiz evin leqallaşdırılması üçün ciddi addım atılar”.
01:20 / 12 Oktyabr 2026
233
01:15 / 12 Oktyabr 2026
77
00:50 / 12 Oktyabr 2026
80
00:40 / 12 Oktyabr 2026
745
00:40 / 12 Oktyabr 2026
77
00:38 / 12 Oktyabr 2026
128
00:36 / 12 Oktyabr 2026
94
00:35 / 12 Oktyabr 2026
101
00:17 / 12 Oktyabr 2026
311
23:55 / 11 Oktyabr 2026
94
23:50 / 11 Oktyabr 2026
604
23:43 / 11 Oktyabr 2026
86
23:37 / 11 Oktyabr 2026
78
23:30 / 11 Oktyabr 2026
1223
23:21 / 11 Oktyabr 2026
181
23:09 / 11 Oktyabr 2026
434
23:02 / 11 Oktyabr 2026
124
22:49 / 11 Oktyabr 2026
488
22:46 / 11 Oktyabr 2026
129
22:28 / 11 Oktyabr 2026
1847
22:25 / 11 Oktyabr 2026
170
22:22 / 11 Oktyabr 2026
691
22:19 / 11 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.