Qaynar xətt:

(+99450) 247 90 86

Mühəndislik möcüzəsi hesab edilən  adanın hekayəsi

Mühəndislik möcüzəsi hesab edilən  adanın hekayəsi

CƏMİYYƏT

228

28.08.2026, 14:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dubayda mühəndislik möcüzəsi hesab edilən Palm Jumeirah adasının qorunması üçün sahil xəttinə mütəmadi olaraq qum əlavə edilir. Təxminən 20 il əvvəl tamamlanan ada dənizdə yerləşməsi və palma ağacını xatırladan forması ilə dünyanın ən tanınmış mühəndislik layihələrindən biri hesab olunur.

Palm Jumeirah adasının inşasına 2001-ci ildə başlanılıb. Layihə çərçivəsində dəniz dibinə təxminən 100 milyon kubmetr qum və 7 milyon ton qaya yerləşdirilib. Nəticədə Dubaya təxminən 70 kilometr yeni sahil xətti qazandırılıb.

Palma formasında olan adanın əsas hissəsi 17 “yarpaqdan” ibarətdir. Tikinti zamanı qumun dənizin dibində dəqiq yerləşdirilməsi üçün GPS texnologiyasından istifadə olunub. Adanın çökməsinin qarşısını almaq məqsədilə qum xüsusi üsullarla sıxlaşdırılıb.

Palm Jumeirahnı güclü dalğalardan və fırtınalardan qorumaq üçün adanın ətrafında təxminən 11 kilometr uzunluğunda dalğaqıran inşa edilib. Dalğaqıranın daxili sularda su dövranını məhdudlaşdırmaması üçün iki xüsusi su keçidi yaradılıb. Bu keçidlər vasitəsilə dəniz suyunun müntəzəm şəkildə yenilənməsi təmin edilir.

Lakin adanın tikintisinin başa çatması mühəndislik işlərinin sona çatması demək olmayıb. Təbii okean axınları və eroziya nəticəsində sahil xəttində zamanla qum itkisi baş verir. Buna görə də adanın sahillərinin qorunması üçün mütəmadi bərpa işləri aparılır.

Məlumata görə, 2022–2023-cü illər ərzində Palm Jumeirahnın təxminən 55 kilometrlik sahil xəttinə əlavə 1,5 milyon kubmetr dəniz qumu yerləşdirilib. Bundan başqa, suyun altında yerləşən qayaların vəziyyəti mütəmadi olaraq yoxlanılır və zəruri hallarda sahil xəttinin bərpası həyata keçirilir.

Beləliklə, Palm Jumeirah yalnız bir dəfə inşa edilmiş süni ada deyil. Onun mövcudluğunun qorunması üçün mühəndislər tərəfindən daim monitorinq və bərpa işləri aparılır.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

121

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

124

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

145

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

127

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

146

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

141

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

144

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

249

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

137

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1050

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

137

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

142

0