"Aztelekom"un müraciəti rədd edildi - internetin qiyməti ARTMAYACAQ
23 Oktyabr 2026, 01:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
286
23.08.2026, 14:01
Azərbaycanda alıcılara elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlər təqvim ili ərzində dövriyyələri 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalı olacaqlar.
Oxu24.com xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks olunduğu, fevralın 13-də qəbul edilən müvafiq qanun bu gündən qüvvəyə minib.
Qanuna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borclu olacaq.
01:23 / 23 Oktyabr 2026
1
01:06 / 23 Oktyabr 2026
43
00:56 / 23 Oktyabr 2026
54
00:14 / 23 Oktyabr 2026
71
00:00 / 23 Oktyabr 2026
83
23:58 / 22 Oktyabr 2026
78
23:55 / 22 Oktyabr 2026
179
23:54 / 22 Oktyabr 2026
77
23:49 / 22 Oktyabr 2026
68
23:49 / 22 Oktyabr 2026
61
23:43 / 22 Oktyabr 2026
74
23:35 / 22 Oktyabr 2026
91
23:25 / 22 Oktyabr 2026
768
23:24 / 22 Oktyabr 2026
78
23:13 / 22 Oktyabr 2026
79
23:07 / 22 Oktyabr 2026
78
23:03 / 22 Oktyabr 2026
178
22:55 / 22 Oktyabr 2026
79
22:47 / 22 Oktyabr 2026
81
22:43 / 22 Oktyabr 2026
72
22:43 / 22 Oktyabr 2026
270
22:36 / 22 Oktyabr 2026
228
22:35 / 22 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.