Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistandan Azərbaycana ixrac tədarükünün başlanılması gözlənilir — Hansı məhsullar gətiriləcək?   

Ermənistandan Azərbaycana ixrac tədarükünün başlanılması gözlənilir — Hansı məhsullar gətiriləcək?   

CƏMİYYƏT

437

17.08.2026, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycana ixrac tədarükünə başlanılacağı barədə bəyanatı iki ölkə arasında iqtisadi münasibətlərin bərpası istiqamətində yeni mərhələnin əsasını qoyur. Hazırda hansı malların gətiriləcəyi ilə bağlı rəsmi siyahı tam açıqlanmasa da, prosesin real müstəviyə keçdiyi aydın görünür. Ticarət dövriyyəsinin ilk mərhələdə böyük həcmlərlə deyil, kiçik partiyalarla başlanacağı gözlənilir. Qarşılıqlı gömrük, logistika və sertifikatlaşdırma mexanizmləri tam formalaşdıqdan sonra məhsul çeşidinin artması istisna edilmir. Bu addım yalnız iqtisadi baxımdan deyil, həm də regionda dayanıqlı sülhün və normal qonşuluq münasibətlərinin bərqərar olması baxımından strateji əhəmiyyət kəsb edir. Ekspertlər ilkin mərhələdə xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunun ön plana çıxacağını bildirirlər.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Ermənistanın mövcud ixrac potensialı nəzərə alınarkən ilk növbədə kənd təsərrüfatı məhsulları önə çıxır:

"Xüsusilə meyvə-tərəvəz, ərik, şaftalı, gilas, gavalı, çiyələk, pomidor və bibər kimi kənd təsərrüfatı malları real namizədlər sırasındadır. Ermənistan hökuməti də hazırda məhz bu istiqamətdə ixracı stimullaşdırmağa çalışır. Bununla yanaşı, balıq (xüsusilə alabalıq), mineral sular, qurudulmuş meyvə-tərəvəz, şərab və digər içkilərin də potensial ixrac istiqamətləri olması mümkündür”.

İqtisadçının sözlərinə görə, Rusiya bazarında yaranan məhdudiyyətlər Yerevanı alternativ bazarlar axtarmağa vadar edir və bu baxımdan Azərbaycan bazarı onlar üçün cəlbedicidir. 

O qeyd edib ki, daha uzunmüddətli perspektivdə söhbət təkcə ərzaq məhsullarından getməyə bilər:

“Ermənistanın mədən sənayesi, xüsusilə dəmir filizi və digər mineral xammalın Azərbaycana çıxarılması, hətta gələcəkdə enerji mübadiləsi və digər sənaye məhsulları üzrə işbirliyi imkanları da yarana bilər. Lakin ilkin mərhələdə ticarətin təməli gömrük, logistika və ödəniş mexanizmlərinin problemsiz qurulmasından asılı olacaq".

Yekun olaraq qeyd edək ki, iki ölkə arasında qarşılıqlı ticarətin başlanması yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də Cənubi Qafqazda kommersiya və nəqliyyat əlaqələrinin bərpasına xidmət edir. Yaxın vaxtlarda idxal-ixrac proseduruna dair aidiyyəti qurumlar tərəfindən hüquqi və texniki çərçivənin tam dəqiqləşdiriləcəyi və ilkin tədarükün icrasına başlanacağı gözlənilir.

Çimnaz Telmanqızı

Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib 

21:27 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib 

94

0
Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib

21:25 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib

77

0
Şuşa əməliyyatı ilə bağlı mühüm DETAL AÇIQLANDI: Düşmən ərazidəki keçidləri ...

21:13 / 06 Noyabr 2026

HƏRBİ HƏRBİ

Şuşa əməliyyatı ilə bağlı mühüm DETAL AÇIQLANDI: Düşmən ərazidəki keçidləri ...

131

0
Prezidentin Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx 

21:02 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx 

92

0
Dövlət, yoxsa özəl məktəb: Yüksək təhsil haqqı daha keyfiyyətli təhsilə zəmanət verirmi?  

21:01 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət, yoxsa özəl məktəb: Yüksək təhsil haqqı daha keyfiyyətli təhsilə zəmanət verirmi?  

90

0
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb 

20:52 / 06 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb 

101

0
Zaur Şükürov: Zəfər Günü Azərbaycan xalqının ən böyük qürur simvoludur

20:45 / 06 Noyabr 2026

SİYASƏT SİYASƏT

Zaur Şükürov: Zəfər Günü Azərbaycan xalqının ən böyük qürur simvoludur

105

0
Üç bürc ilin son aylarında çox şanslı olacaq  

20:44 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Üç bürc ilin son aylarında çox şanslı olacaq  

110

0
Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO

20:19 / 06 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO

171

0
Bu il pensiyalar daha az artacaq - Deputat 

20:12 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu il pensiyalar daha az artacaq - Deputat 

611

0
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib 

19:48 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib 

121

0
Bu müəllimlər həbsxanalarda İŞLƏYƏ BİLƏR

19:37 / 06 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu müəllimlər həbsxanalarda İŞLƏYƏ BİLƏR

459

0