İkinci əl avtomobil alarkən aldanmayın: VACİB XƏBƏRDARLIQ
17 Avqust 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
17.08.2026, 12:55
Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycana ixrac tədarükünə başlanılacağı barədə bəyanatı iki ölkə arasında iqtisadi münasibətlərin bərpası istiqamətində yeni mərhələnin əsasını qoyur. Hazırda hansı malların gətiriləcəyi ilə bağlı rəsmi siyahı tam açıqlanmasa da, prosesin real müstəviyə keçdiyi aydın görünür. Ticarət dövriyyəsinin ilk mərhələdə böyük həcmlərlə deyil, kiçik partiyalarla başlanacağı gözlənilir. Qarşılıqlı gömrük, logistika və sertifikatlaşdırma mexanizmləri tam formalaşdıqdan sonra məhsul çeşidinin artması istisna edilmir. Bu addım yalnız iqtisadi baxımdan deyil, həm də regionda dayanıqlı sülhün və normal qonşuluq münasibətlərinin bərqərar olması baxımından strateji əhəmiyyət kəsb edir. Ekspertlər ilkin mərhələdə xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunun ön plana çıxacağını bildirirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Ermənistanın mövcud ixrac potensialı nəzərə alınarkən ilk növbədə kənd təsərrüfatı məhsulları önə çıxır:
"Xüsusilə meyvə-tərəvəz, ərik, şaftalı, gilas, gavalı, çiyələk, pomidor və bibər kimi kənd təsərrüfatı malları real namizədlər sırasındadır. Ermənistan hökuməti də hazırda məhz bu istiqamətdə ixracı stimullaşdırmağa çalışır. Bununla yanaşı, balıq (xüsusilə alabalıq), mineral sular, qurudulmuş meyvə-tərəvəz, şərab və digər içkilərin də potensial ixrac istiqamətləri olması mümkündür”.
İqtisadçının sözlərinə görə, Rusiya bazarında yaranan məhdudiyyətlər Yerevanı alternativ bazarlar axtarmağa vadar edir və bu baxımdan Azərbaycan bazarı onlar üçün cəlbedicidir.
O qeyd edib ki, daha uzunmüddətli perspektivdə söhbət təkcə ərzaq məhsullarından getməyə bilər:
“Ermənistanın mədən sənayesi, xüsusilə dəmir filizi və digər mineral xammalın Azərbaycana çıxarılması, hətta gələcəkdə enerji mübadiləsi və digər sənaye məhsulları üzrə işbirliyi imkanları da yarana bilər. Lakin ilkin mərhələdə ticarətin təməli gömrük, logistika və ödəniş mexanizmlərinin problemsiz qurulmasından asılı olacaq".
Yekun olaraq qeyd edək ki, iki ölkə arasında qarşılıqlı ticarətin başlanması yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də Cənubi Qafqazda kommersiya və nəqliyyat əlaqələrinin bərpasına xidmət edir. Yaxın vaxtlarda idxal-ixrac proseduruna dair aidiyyəti qurumlar tərəfindən hüquqi və texniki çərçivənin tam dəqiqləşdiriləcəyi və ilkin tədarükün icrasına başlanacağı gözlənilir.
Çimnaz Telmanqızı
13:59 / 17 Avqust 2026
12
13:56 / 17 Avqust 2026
17
13:53 / 17 Avqust 2026
26
13:52 / 17 Avqust 2026
33
13:50 / 17 Avqust 2026
32
13:40 / 17 Avqust 2026
41
13:37 / 17 Avqust 2026
40
13:24 / 17 Avqust 2026
67
13:22 / 17 Avqust 2026
52
13:21 / 17 Avqust 2026
48
13:15 / 17 Avqust 2026
52
13:09 / 17 Avqust 2026
53
13:04 / 17 Avqust 2026
55
13:02 / 17 Avqust 2026
92
12:57 / 17 Avqust 2026
92
12:49 / 17 Avqust 2026
69
12:46 / 17 Avqust 2026
64
12:37 / 17 Avqust 2026
384
12:27 / 17 Avqust 2026
193
12:27 / 17 Avqust 2026
80
12:26 / 17 Avqust 2026
64
12:23 / 17 Avqust 2026
81
12:20 / 17 Avqust 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.