Azərbaycanda bu bayram qadağan edilə bilər – Bizim deyil!
03 Noyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1386
14.08.2026, 23:32
“Temu” elektron ticarət platformasının Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings” şirkəti barəsinə iş qaldırıb.
Məlumata görə,“PDD Holdings” şirkəti “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub.
Agentlik bildirib ki, bu hərəkətlər Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması deməkdir.
“Daxil olmuş müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma davam etdirilir”-deyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında bildirilir.
Bəs araşdırmanın nəticəsi “Temu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması ilə nəticələnə bilərmi?
Oxu24.com məsələ ilə bağlı "Bakupost"a iqtisadçı Eldəniz Əmirov bildirib ki, hazırkı vəziyyətdə belə bir addım müzakirə olunmur.Onun sözlərinə görə, platformanın bağlanması istehlakçılar üçün mənfi nəticələr yarada bilər:
“Bunun dayanması birmənalı olaraq Azərbaycan vətəndaşları üçün zərərlidir. Çünki bundan insanlar istifadə edir. Rəqabət Məcəlləsi hansısa şirkətin fəaliyyətinin birbaşa dayandırılmasına yox, rəqabət mühitinin formalaşmasına xidmət etməlidir”.
İqtisadçı qeyd edib ki, araşdırma zamanı qanun pozuntuları təsdiqlənərsə, ilk növbədə maliyyə sanksiyaları tətbiq oluna və ya rəqabəti pozan halların aradan qaldırılması tələb edilə bilər:
“Platformanın fəaliyyətinin tam dayandırılması çox ciddi addım olardı və bunun baş verəcəyini düşünmürəm. Fikrimcə, təkcə "Temu" ilə bağlı deyil, ümumiyyətlə həm istehlakçı hüquqlarının pozulması yönündə, həm də rəqabət mühitinin pozulması istiqamətində istənilən davranış ən sərt şəkildə cəzalandırılmalıdır”.
22:33 / 03 Noyabr 2026
14
22:30 / 03 Noyabr 2026
13
22:29 / 03 Noyabr 2026
51
22:25 / 03 Noyabr 2026
34
22:21 / 03 Noyabr 2026
41
22:20 / 03 Noyabr 2026
55
22:18 / 03 Noyabr 2026
49
22:13 / 03 Noyabr 2026
40
22:06 / 03 Noyabr 2026
57
22:01 / 03 Noyabr 2026
56
21:56 / 03 Noyabr 2026
65
21:47 / 03 Noyabr 2026
66
21:34 / 03 Noyabr 2026
218
21:27 / 03 Noyabr 2026
85
21:24 / 03 Noyabr 2026
177
21:18 / 03 Noyabr 2026
75
21:10 / 03 Noyabr 2026
781
21:08 / 03 Noyabr 2026
117
21:04 / 03 Noyabr 2026
125
21:02 / 03 Noyabr 2026
78
20:51 / 03 Noyabr 2026
147
20:49 / 03 Noyabr 2026
94
20:42 / 03 Noyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.