Deputatın keçmiş həyat yoldaşı haradadır? -AÇIQLAMA
30 Oktyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1082
10.08.2026, 11:57
Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqlarına təsiri və hüquqi bərabərlik prinsipi ilə bağlı suallar yaradır.
Bəs, belə hallarda müavinətin təyin edilməməsi mövcud qanunvericilik və sosial ədalət prinsipləri baxımından nə dərəcədə əsaslandırılmış hesab oluna bilər?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan məsələlərdir. Sezar pizza
"Məcburi köçkün statusunun bəzi şəxslərdə saxlanılması, bəzi şəxslərdə isə köçürüldükdən sonra aradan qaldırılması nəzərdə tutulub. Bu, gözlənilən istiqamətlərdən biridir və qanunvericilikdə nəzərdə tutulan məsələlər çərçivəsində həyata keçirilir. Çünki əbədi məcburi köçkünlük anlayışı yoxdur. Torpaqlar azad olunduqdan və insanlar öz evlərinə köçərək orada məskunlaşdıqdan sonra onların statusu müəyyən dərəcədə hüquqi baxımdan yenidən qiymətləndirilməlidir".
Onun sözlərinə görə, bu baxımdan, köçürülmə prosesi ilə yanaşı, şəxslərin məcburi köçkün statusunun da qanunvericiliyə uyğun şəkildə müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir:
"Görünür, bu istiqamətdə artıq Dövlət Komitəsi tərəfindən də addımlar atılmağa başlanılıb və məcburi köçkün statusunun gələcəkdə hansı hallarda saxlanılması və hansı hallarda aradan qaldırılması ilə bağlı proseslər həyata keçirilir".
23:08 / 30 Oktyabr 2026
12
23:01 / 30 Oktyabr 2026
28
23:01 / 30 Oktyabr 2026
146
22:55 / 30 Oktyabr 2026
101
22:49 / 30 Oktyabr 2026
48
22:42 / 30 Oktyabr 2026
53
22:35 / 30 Oktyabr 2026
70
22:26 / 30 Oktyabr 2026
324
22:25 / 30 Oktyabr 2026
71
22:21 / 30 Oktyabr 2026
61
22:09 / 30 Oktyabr 2026
91
22:03 / 30 Oktyabr 2026
129
21:50 / 30 Oktyabr 2026
76
21:39 / 30 Oktyabr 2026
82
21:18 / 30 Oktyabr 2026
150
21:12 / 30 Oktyabr 2026
103
20:59 / 30 Oktyabr 2026
79
20:49 / 30 Oktyabr 2026
90
20:36 / 30 Oktyabr 2026
798
20:19 / 30 Oktyabr 2026
205
20:11 / 30 Oktyabr 2026
104
20:00 / 30 Oktyabr 2026
87
19:46 / 30 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.