Bank kartlarının sonundakı 3 rəqəm nəyi bildirir?— MARAQLI FAKT
29 Oktyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
76
30.10.2026, 19:12
Azərbaycanın hazırki milli valyutası Avropanın ən gözəl pul vahidlərindən biri hesab olunur. İstər dizayn, istərsə də keyfiyyət baxımından bir çox ölkələri üstələyir. Amma yəqin ki, çoxlarına maraqlıdır, milli pulumuz tarixin müxtəlif dövrlərində necə görünüb? Bu gün “manat” dediyimiz pul vahidimiz elə tarixin erkən dövrlərində də eyni adı daşıyırdımı?
Oxu24.com Azərbaycanın ən güclü dövlətçilik dövrlərindəki pul vahidlərini təqdim edir:
991-ci ildən başlayaraq Azərbaycanda Şirvanşah II Yəzidin və Şirvanşah I Mənuçehrin vaxtında gümüş sikkələr zərb edilirdi.
Şirvanşahlar və Atabəyləri dövründə (XII əsr) mis dirhəmlər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə (1382-1418) gümüş sikkələr, Səfəvilər dövründə (XVI) zərb edilmiş gümüş və qızıl şahı tədavüldə idi.
Azərbaycanın xanlıqlar dövründə
Qarabağ xanlığında Sahibqıran (gümüş), Panabadi (gümüş), Fulus (mis); Şirvan, Quba, Bakı və Şəki xanlığında Abbası (gümüş) işlənirdi. İrəvan xanlığının pul vahidi isə mis Qazbəyi idi.
XX əsrin əvvəlində Azərbaycanda pul
Azərbaycanın müstəqil pul təsərrüfatı 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır. 1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri vardı. Daha sonra Azərbaycan Dövlət Bankı tərəfindən tədavülə 25, 50, 100 və 250 manatlıq əskinaslar buraxılıb.
Sovet İttifaqı dövründə Azərbaycan pulu
Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Həmin illərdə 25, 50, 75, 100, 250 nominalında rubllar dövriyyədə idi. Sovet İttifaqı dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib və manat adlandırılıb.
Qeyd edək ki, Türkmənistanın da pul vahidi manat adlanır. Üstəlik bu söz heç də türk kökənli deyil, yunan ilahəsi Monetanın adı ilə bağlıdır. Bildiyimiz “monet” (sikkə) və ingilis dilində “money” (pul) sözü də həmin xanımın şərəfinədir.
Müstəqillik dövründə Azərbaycanda pul nişanları
1992-ci ildən ilk pul vahidləri olan 1, 5, 10, 50, 100 və 250, 500, 1000 manatlıq kağız əsginaslar tədavülə verilmişdi. Bundan başqa 5, 10, 20 və 50 qəpikliklər vardı. İlk pul emissiyası Fransa Mərkəzi Bankı tərəfindən həyata keçirilib. İlk manat əsginaslarının eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.
2006-cı ildə bu yana isə hazırda dövriyyədə olan Azərbaycan milli valyutasıdır. Yeri gəlmişkən, indiki 1 manat bundan əvvəlki pulla 5000 manata bərabərdir.
Mətndə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin materiallarından istifadə edilib.
19:46 / 30 Oktyabr 2026
19
19:35 / 30 Oktyabr 2026
33
19:24 / 30 Oktyabr 2026
45
19:07 / 30 Oktyabr 2026
75
18:56 / 30 Oktyabr 2026
78
18:50 / 30 Oktyabr 2026
77
18:43 / 30 Oktyabr 2026
1112
18:27 / 30 Oktyabr 2026
75
18:17 / 30 Oktyabr 2026
95
18:14 / 30 Oktyabr 2026
173
18:07 / 30 Oktyabr 2026
119
18:01 / 30 Oktyabr 2026
228
18:00 / 30 Oktyabr 2026
161
17:51 / 30 Oktyabr 2026
72
17:47 / 30 Oktyabr 2026
695
17:35 / 30 Oktyabr 2026
266
17:20 / 30 Oktyabr 2026
100
17:19 / 30 Oktyabr 2026
119
17:15 / 30 Oktyabr 2026
106
16:53 / 30 Oktyabr 2026
217
16:33 / 30 Oktyabr 2026
114
16:20 / 30 Oktyabr 2026
847
16:20 / 30 Oktyabr 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.