Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb
06 Oktyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
284
06.08.2026, 16:55
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu” təsdiqlənib.
Oxu24.com xəbər verir ki, şərtlər toplusuna əsasən, dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin təqdim etdiyi layihələr 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndiriləcək.
Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı və digər meyarlar nəzərə alınacaq. Müsabiqənin qalibləri ən yüksək yekun bal toplamış layihələr arasından seçiləcək.
Bununla yanaşı, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri üçün bir sıra texniki və təşkilati tələblər də müəyyən edilib. Belə ki, tədris otaqlarında müşahidə kameraları quraşdırılmalı, onların fasiləsiz fəaliyyəti təmin edilməli və kameralara dair giriş məlumatları Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.
Yeni tələblər dövlət dəstəyi mexanizminin şəffaflığının artırılmasına, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitinin təmin edilməsinə, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın daha səmərəli təşkilinə xidmət edir.
14:34 / 06 Oktyabr 2026
27
14:24 / 06 Oktyabr 2026
47
14:18 / 06 Oktyabr 2026
6131
14:14 / 06 Oktyabr 2026
44
14:10 / 06 Oktyabr 2026
59
14:05 / 06 Oktyabr 2026
59
14:01 / 06 Oktyabr 2026
59
13:58 / 06 Oktyabr 2026
59
13:55 / 06 Oktyabr 2026
61
13:50 / 06 Oktyabr 2026
152
13:31 / 06 Oktyabr 2026
670
13:15 / 06 Oktyabr 2026
91
13:10 / 06 Oktyabr 2026
70
12:59 / 06 Oktyabr 2026
271
12:49 / 06 Oktyabr 2026
235
12:47 / 06 Oktyabr 2026
159
12:43 / 06 Oktyabr 2026
89
12:32 / 06 Oktyabr 2026
148
12:29 / 06 Oktyabr 2026
111
12:25 / 06 Oktyabr 2026
688
12:22 / 06 Oktyabr 2026
85
12:20 / 06 Oktyabr 2026
101
12:15 / 06 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.