Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
20 Oktyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
31.07.2026, 13:35
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən təsis edilmişdir. Fərmanın əsas məqsədi Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinin genişləndirilməsi və milli-mənəvi dəyərlərimizin qorunması olmuşdur.
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mədəni irsini özündə yaşadan ən böyük mənəvi sərvətlərdəndir. Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunmasını və inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, Azərbaycan dilinin hüquqi əsaslarının möhkəmləndirilməsi və cəmiyyətin bütün sahələrində geniş tətbiqi istiqamətində mühüm addımlar atmışdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən dövlət dil siyasəti uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin saflığının qorunmasına, istifadəsinin genişləndirilməsinə, rəqəmsal mühitdə inkişafına və milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü ana dilimizə hörmətin ifadəsi olmaqla yanaşı, hər bir vətəndaşı dilimizin zənginliyini qorumağa, onu düzgün işlətməyə və gələcək nəsillərə ötürməyə səsləyən əlamətdar tarixdir. Bu günün qeyd edilməsi Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, ana dilinə və milli kimliyə verdiyi yüksək dəyərin bariz ifadəsidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim
Osman Azadoğlu
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.