Füzulilərə YENİ XƏBƏR VAR
17 Oktyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
438
27.07.2026, 23:44
Yay aylarında havanın temperaturunun və rütubətin artması yuxu keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə bir çox insan səhərlər dincəlməmiş halda oyanır, gün ərzində isə temperat və diqqət dağınıqlığı yaşayır.
Oxu24.com xəbər verir ki, nevroloq dr. Vüsal Nəcəfəliyev isti və rütubətli mühitin yuxuya getmə müddətini uzatdığını, gecə ərzində oyanmaların sayını artırdığını və dərin yuxu mərhələsini azaltdığını bildirib.
Onun sözlərinə görə, keyfiyyətsiz yuxu diqqət, yaddaş, qərarvermə qabiliyyəti və reflekslərə mənfi təsir göstərərək gündəlik həyatda müxtəlif problemlərə səbəb ola bilər. Mütəxəssis qeyd edib ki, bu vəziyyət çox vaxt sadəcə yay yorğunluğu kimi qiymətləndirilsə də əslində sağlamlıq üçün risklər yarada bilər.
Yay gecələrində kondisioner və ya ventilyatordan istifadə yuxu rahatlığını artırsa da kondisionerin çox aşağı temperaturda işlədilməsi və ya soyuq havanın birbaşa yatağa yönəldilməsi əzələ ağrılarına və boğaz quruluğuna səbəb ola bilər.
Mütəxəssislər yataq otağında temperaturun 22–24 dərəcə arasında saxlanılmasını, həmçinin yatmazdan ən azı bir saat əvvəl telefon və planşet istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirlər.
Bildirilib ki, isti gecələrdə arabir oyanmaq normal sayılsa da yuxu problemləri həftələrlə davam edərsə gündəlik həyata mənfi təsir göstərərsə və ya güclü xoruldama, yuxuda nəfəsin dayanması, səhər baş ağrısı və gün ərzində yuxululuq kimi əlamətlərlə müşayiət olunarsa mütləq həkimə müraciət etmək lazımdır.
Xüsusilə uşaqlar, yaşlılar və nevroloji xəstəlikləri olan şəxslərin isti havanın mənfi təsirlərinə daha həssas olduğu vurğulanır.
12:00 / 17 Oktyabr 2026
27
11:54 / 17 Oktyabr 2026
41
11:50 / 17 Oktyabr 2026
103
11:48 / 17 Oktyabr 2026
49
11:37 / 17 Oktyabr 2026
52
11:35 / 17 Oktyabr 2026
60
11:33 / 17 Oktyabr 2026
52
11:01 / 17 Oktyabr 2026
126
10:59 / 17 Oktyabr 2026
57
10:51 / 17 Oktyabr 2026
74
10:50 / 17 Oktyabr 2026
88
10:13 / 17 Oktyabr 2026
196
10:11 / 17 Oktyabr 2026
71
09:50 / 17 Oktyabr 2026
98
09:18 / 17 Oktyabr 2026
1216
09:13 / 17 Oktyabr 2026
149
09:10 / 17 Oktyabr 2026
88
00:27 / 17 Oktyabr 2026
220
00:12 / 17 Oktyabr 2026
91
23:58 / 16 Oktyabr 2026
186
23:49 / 16 Oktyabr 2026
255
23:42 / 16 Oktyabr 2026
158
23:42 / 16 Oktyabr 2026
323
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.