Bu gün 12 kənddə qaz olmayacaq
17 Avqust 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
27.07.2026, 18:10
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan sakinlər böyük təhlükə ilə üz-üzə qalıblar.
Oxu24.com-un redaksiyasına müraciət edən sakinlərin sözlərinə görə, Yəhya Hüseynov küçəsi, məhəllə 5035 ünvanında (həyət evlərinin arxası) yerləşən iri gövdəli şam ağacı tam qəzalı vəziyyətə düşüb. Ağacın gövdəsi kəskin şəkildə əyilib, kök sistemi torpaqdan və betondan ayrılaraq səki daşlarını qabardıb. Hazırda ağac həm hər gün insanların istifadə etdiyi gediş-gəliş yolunun, həm də yaşayış evlərinin üzərinə aşma təhlükəsi yaradır.
Sakinlər bildirirlər ki, küləkli və yağışlı havalarda ağacdan artıq qırılma (çırıltı) səsləri gəlir və kökündən oynayır. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, heç bir nəticəsi olmayıb:
Ərazi sakini Fərid Dadaşovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciətə cavab olaraq, 22 yanvar 2026-cı il tarixində rəsmi məktub göndərilib və ağaca "növbəli şəkildə gəlib baxılacağı" bildirilib. Lakin aylar keçməsinə baxmayaraq, əraziyə heç kim gəlməyib.
Digər sakin Vəfa Yaqubovəliyeva isə 13 iyun 2026-cı il tarixində Biləcəri bələdiyyəsinə rəsmi müraciət edərək problemin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönləndirilməsini xahiş edib.
Əlavə olaraq, Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə saxlanılan əlaqələr zamanı sakinlərə yalnız "cavab gözləyin" deyilsə də, həftələrdir ki, nə edilən müraciətlərə baxılmır, nə də heç bir praktiki addım atılmayıb.
Sakinlər hər an böyük bir faciənin baş verəcəyindən narahatdırlar.
Oxu24.com olaraq məsələni diqqətdə saxlayırıq.
Sözügedən ərazidən çəkilmiş video-görüntüləri təqdim edirik:
09:28 / 17 Avqust 2026
12
09:13 / 17 Avqust 2026
35
09:08 / 17 Avqust 2026
41
09:03 / 17 Avqust 2026
39
08:51 / 17 Avqust 2026
47
08:48 / 17 Avqust 2026
46
01:16 / 17 Avqust 2026
276
23:40 / 16 Avqust 2026
158
22:57 / 16 Avqust 2026
137
22:26 / 16 Avqust 2026
238
22:06 / 16 Avqust 2026
149
21:54 / 16 Avqust 2026
176
21:17 / 16 Avqust 2026
269
21:08 / 16 Avqust 2026
107
20:46 / 16 Avqust 2026
180
20:39 / 16 Avqust 2026
1597
20:33 / 16 Avqust 2026
958
20:19 / 16 Avqust 2026
98
19:56 / 16 Avqust 2026
111
19:40 / 16 Avqust 2026
109
19:29 / 16 Avqust 2026
148
15:05 / 16 Avqust 2026
142
14:20 / 16 Avqust 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.