Qonşusunu bıçaqlayan qaziyə şərti cəza verildi
06 Noyabr 2026, 10:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
495
16.08.2026, 21:17
“TikTok”da baxıcılıq və falçılıqla bağlı paylaşımlar edən qadına cadunun pozulması üçün üz tutan həmcinsi dələduzluğun qurbanı olub.
Oxu24.com xəbər verir ki, 2001-ci il təvəllüdlü Validə Sultansoy (ad-soyad şərtidir) cadunun pozulması üçün ona müraciət edən qadından 14.080 manat pul alıb.
Məlum olub ki, zərərçəkmiş şəxs özünü falçı kimi təqdim edən qadına mesaj yazaraq, ailəsində bir çox problemlər olduğunu, ərinin onu və körpə uşaqlarını qoyub başqa bir qadınla ikinci dəfə ailə həyatı qurduğunu, uşağının birinin isə sağalmaz xəstə olduğunu bildirib.
Zərərçəkmiş şəxs özünün və uşağının üzərində ağırlıq olduğunu, bunun cadu edilməsi ilə əlaqədar ola bilməsini bildirib və Validədən kömək istəyib.
Aralarında olan mesajlaşma zamanı zərərçəkmiş ərinin ailə qurduğu ikinci qadından ayrılmasını, həmin qadının ölməsi üçün cadu edilməsini istəyib. Təqsirləndirilən şəxs isə qarşı tərəfə ərinin ailə qurduğu ikinci arvadının öləcəyinə zəmanət vermədiyini bildirib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Ona müraciət edən qadının 14.080 manat pulunu alan "falçı" qarşı tərəfin nömrəsini qara siyahıya daxil edib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Validə Sultansoy dəymiş zərəri geri ödəyib. Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən şəxsə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı elan edilib və o, cinayət məsuliyyətindən azad olunub. xitab24.az
10:41 / 06 Noyabr 2026
13
10:41 / 06 Noyabr 2026
20
10:32 / 06 Noyabr 2026
44
10:25 / 06 Noyabr 2026
61
10:18 / 06 Noyabr 2026
59
10:12 / 06 Noyabr 2026
79
10:10 / 06 Noyabr 2026
202
10:03 / 06 Noyabr 2026
65
09:55 / 06 Noyabr 2026
85
09:51 / 06 Noyabr 2026
86
09:43 / 06 Noyabr 2026
73
09:39 / 06 Noyabr 2026
285
09:38 / 06 Noyabr 2026
80
09:35 / 06 Noyabr 2026
83
09:28 / 06 Noyabr 2026
94
09:21 / 06 Noyabr 2026
146
09:19 / 06 Noyabr 2026
86
09:12 / 06 Noyabr 2026
80
08:49 / 06 Noyabr 2026
332
08:47 / 06 Noyabr 2026
83
08:17 / 06 Noyabr 2026
269
07:48 / 06 Noyabr 2026
336
07:37 / 06 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.