Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK
09 Noyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
454
24.07.2026, 20:04
İyulun 23-də Quba rayonu səmasında çox aşağı hündürlükdə qırıcı uçduğuna dair məlumatlar yayılıb. Müdafiə Nazirliyi sözügedən qırıcının Azərbaycana məxsus olduğunu, Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirdiyini açıqlayıb.
Bununla belə, sülh şəraitində bu tip təlimlərin keçirilməsi ilə bağlı müxtəlif yanaşmalar var: bir qisim zəruri olduğunu düşünsə də, əksini deyənlər də olur.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin mövcud sərhədləri daxilində istənilən ərazidə istənilən növ təlim keçirmək hüququna malikdir:
“Bu təlimlər əvvəlcədən planlaşdırılmış fəaliyyətlərdir. Onların keçirilməsində qeyri-adi heç nə yoxdur. Vətəndaşlarımız bu məsələdən narahat olmamalıdır. Zərurət yarandıqda təlimlərlə bağlı ictimaiyyətə mütəmadi məlumat verilir”.
Politoloq Qabil Hüseynli də bildirib ki, təlimlərin keçirilməsində qeyri-adi heç nə yoxdur.
“Adətən belə təlimlər əvvəlcədən planlaşdırılır. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Digər tərəfdən, ölkəmizə yaxın regionlarda müharibələrin davam etməsi danılmaz faktdır.
Qabil Hüseynli
Ümumiyyətlə, dünya həssas dönəmdən keçir, müxtəlif regionlarda müharibələr gedir. Belə bir məqamda Azərbaycan Ordusunun hər hansı təlimlər keçirməsi, istənilən vəziyyət hazır olmaq baxımdan təbiidir. Rusiya–Ukrayna müharibəsi davam edir, eyni zamanda ABŞ-ın İrana qarşı quru əməliyyatlarına hazırlaşdığına dair müxtəlif məlumatlar yayılır. Belə bir şəraitdə ordumuzun döyüş bacarıqlarını inkişaf etdirməsi və mümkün təhlükələrə qarşı hazırlığını artırmaq məqsədilə təlimlər keçirməsi olduqca vacibdir”.
16:06 / 09 Noyabr 2026
1
15:54 / 09 Noyabr 2026
136
15:49 / 09 Noyabr 2026
53
15:47 / 09 Noyabr 2026
87
15:45 / 09 Noyabr 2026
112
15:40 / 09 Noyabr 2026
146
15:34 / 09 Noyabr 2026
64
15:23 / 09 Noyabr 2026
86
15:13 / 09 Noyabr 2026
97
15:05 / 09 Noyabr 2026
446
15:00 / 09 Noyabr 2026
112
14:58 / 09 Noyabr 2026
91
14:55 / 09 Noyabr 2026
108
14:42 / 09 Noyabr 2026
97
14:37 / 09 Noyabr 2026
93
14:29 / 09 Noyabr 2026
435
14:22 / 09 Noyabr 2026
239
14:17 / 09 Noyabr 2026
107
14:06 / 09 Noyabr 2026
1229
14:04 / 09 Noyabr 2026
129
13:44 / 09 Noyabr 2026
917
13:21 / 09 Noyabr 2026
141
13:11 / 09 Noyabr 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.