Müavinət və təqaüd alanların nəzərinə!
23 İyul 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
102
23.07.2026, 16:53
Müasir dövrdə sosial şəbəkələrin gündəlik həyatımıza güclü nüfuz etməsi cəmiyyətdə bəzi neqativ psixoloji tendensiyaları da brabərində gətirib. Bunların içərisində hər hansı bir hadisə baş verən kimi onun əsl səbəbini bilmədən dərhal sərt hökm vermək, qərəzli mövqe sərgiləmək və kütləvi linç kampaniyaları başlamaq halları geniş yayılıb. Bir çox sosial media istifadəçisi hələ hadisənin kökünü, təfərrüatlarını araşdırmadan başqalarını açıq şəkildə ittiham edir və təhqirə yol verir. Bu hal artıq sadəcə fikir mübadiləsi deyil, cəmiyyətdə formalaşan aqressiv psixologiyanın açıq təzahürünə çevrilib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış sosioloq Elçin Bayramlı cəmiyyətdəki bu narahatverici tendensiyanın səbəbləri və fəsadlarından danışıb.
Sosial şəbəkələr "linç mədəniyyəti" yaradıbmı?
Sosioloq bildirib ki, mövcud durumun yaranmasında sosial şəbəkələr sadəcə olaraq prosesi reallaşdırmağa daha rahat imkan yaradan bir platforma rolunu oynayır:
“İnsanlar hər hansı bir xəbər və ya hadisə ilə qarşılaşarkən ilkin məlumatdan dərhal özləri üçün nəticə çıxarır, məsələnin tam səbəbini bilmədən qarşı tərəfi tənqid və ya linç etməyə çalışırlar”.
Sosioloq qeyd edib ki, real həyatda açıq şəkildə deyə bilmədikləri aqressiyanı isə sosial şəbəkələrdə ad və soyad arxasında gizlənərək rahatlıqla reallaşdırırlar. Bir çoxlarının kim olduğunu bilmək belə mümkün olmur, amma onlar rahatca cəmiyyəti, dövləti və ya ayrı-ayrı şəxsləri hədəfə alıb təhqir edə bilirlər.
Elçin Bayramlının sözlərinə görə, normal cəmiyyətlərdə fikir ayrılıqları və müzakirələr olmalıdır, bu, təbii prosesdir:
“Hər kəs eyni fikirdə ola bilməz, lakin müzakirələr sivil qaydada, qarşılıqlı hörmət və əks-argumentlər əsasında aparılmalıdır.
Biz güclü mənəvi dəyərlərə malik xalqıq, lakin sosial şəbəkələrdə başqasının şəxsi həyatına, şərəf və ləyaqətinə toxunmaq, yoxlanılmamış məlumatlarla böhtan atmaq yolverilməzdir”.
"Başqalarına zərər vurana qədər hər kəs məsumdur"
Sosioloq vurğulayıb ki, hüquqi və mənəvi baxımdan hər hansı şəxsin fəaliyyəti cəmiyyətə, dövlətə açıq-aşkar zərər vurursa, ona etiraz etmək normaldır:
"Əgər insanın fəaliyyəti cəmiyyətə zərər vurursa, haqlı olaraq tənqid oluna bilər. Amma başqasının həyat tərzi kiməsə zərər vurmursa, bu artıq onun şəxsi problemidir. Belə hallarda sadəcə mədəni şəkildə məsləhət vermək olar, təhqirə və linçə yol vermək isə qəbuledilməzdir”.
Çıxış yolu nədir?
Məsələnin aradan qaldırılması üçün cəmiyyət olaraq müəyyən addımların atılmasının vacibliyini vurğulayan ekspert aşağıdakı məqamlara diqqət çəkib:
“Cəmiyyət olaraq hər bir məlumatı dəqiqləşdirmədən qəbul etməməli, bir-birimizin hüquqlarına hörmətlə yanaşmalıyıq.
Sağlam psixologiyaya sahib olmayan şəxslər mütləq şəkildə mütəxəssislərə (psixoloq və ya psixiatr) müraciət etməlidirlər”.
Yekunda Elçin Bayramlı əlavə edib ki, əgər şəxs bu cür hərəkətlərlə cəmiyyətdə süni gərginlik yaradır, digərlərinin şərəf və ləyaqətini ləkələyirsə, o zaman qanuni şəkildə inzibati məsuliyyətə cəlb olunmalı və ya müvafiq müalicəyə cəlb edilməlidir.
Çimnaz Telmanqızı
19:13 / 23 İyul 2026
1
19:09 / 23 İyul 2026
43
18:57 / 23 İyul 2026
48
18:37 / 23 İyul 2026
42
17:59 / 23 İyul 2026
64
17:45 / 23 İyul 2026
71
17:35 / 23 İyul 2026
83
17:25 / 23 İyul 2026
73
17:12 / 23 İyul 2026
99
17:04 / 23 İyul 2026
200
17:00 / 23 İyul 2026
78
16:58 / 23 İyul 2026
95
16:46 / 23 İyul 2026
96
16:35 / 23 İyul 2026
89
16:30 / 23 İyul 2026
84
16:10 / 23 İyul 2026
90
15:55 / 23 İyul 2026
96
15:40 / 23 İyul 2026
90
15:20 / 23 İyul 2026
99
15:19 / 23 İyul 2026
95
14:59 / 23 İyul 2026
86
14:40 / 23 İyul 2026
105
14:39 / 23 İyul 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.