Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
20 İyul 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
106
20.07.2026, 13:35
Çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin ən çox üzləşdiyi problemlərdən biri də mənzilin təmiri zamanı MTK-ların müxtəlif adlar altında əlavə ödənişlər tələb etməsidir. Bəzi hallarda sakinlərdən liftin istifadəsinə görə yüzlərlə manat ödəniş istənilir, eyni zamanda onlardan öncədən bir neçə aylıq kommunal xidmət haqqının ödənilməsi tələb olunur. Bəs bu tələblər qanunidirmi?
Oxu24.com-a açıqlama verən vəkil Əli Əliyev bildirib ki, bu məsələyə hüquqi baxımdan yanaşdıqda ilk növbədə Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, qanunvericilikdə çoxmənzilli yaşayış binalarının idarə olunması ilə bağlı aydın mexanizmlər müəyyən edilib və sakinlərin hüquqları bu mexanizmlərlə qorunur.
Vəkil qeyd edib ki, Mənzil Məcəlləsində *mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti* anlayışı xüsusi yer tutur. Təcrübədə bir çox vətəndaş hesab edir ki, belə bir cəmiyyət yalnız bina tam istifadəyə verildikdən və bütün mənzillərə çıxarış təqdim olunduqdan sonra yaradıla bilər. Halbuki qanun tamamilə fərqli yanaşma ortaya qoyur.
"Qanunvericilik açıq şəkildə göstərir ki, hətta tikilməkdə olan binanın payçıları belə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər. Bu, sakinlərə binanın idarə edilməsində iştirak etmək və öz hüquqlarını daha səmərəli qorumaq imkanı verir", – deyə vəkil vurğulayıb.
Əli Əliyevin sözlərinə görə, bina istifadəyə verildikdən sonra tikinti şirkətinin və ya MTK-nın əsas vəzifələrindən biri idarəetməni sakinlərə təhvil verməkdir. Normal hüquqi praktikada bina təhvil verildikdən sonra MTK-nın fəaliyyəti həmin istiqamətdə yekunlaşmalı, idarəetmə isə sakinlərin yaratdığı müştərək cəmiyyət və ya onların seçdiyi idarəedici qurum tərəfindən həyata keçirilməlidir.
Vəkil bildirib ki, bəzi MTK-lar bu prosesi müxtəlif səbəblərlə uzadır və bundan istifadə edərək sakinlərdən əlavə ödənişlər tələb edirlər. Liftdən tikinti materiallarının daşınmasına görə yüksək məbləğdə ödəniş, əvvəlcədən bir neçə aylıq kommunal haqqının alınması kimi hallar isə hər zaman qanuni əsas daşımır.
"Əgər hansısa ödəniş qanunvericilikdə və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmayıbsa, sakinlərdən birtərəfli qaydada belə vəsait tələb olunması hüquqi baxımdan ciddi suallar yaradır. Hər bir ödənişin hüquqi əsası olmalıdır", – deyə hüquqşünas bildirib.
Əli Əliyev vurğulayıb ki, sakinlərin hüquqlarını qorumağın ən effektiv yolu məhz mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasıdır. Onun sözlərinə görə, bəzi tikinti şirkətləri müxtəlif üsullarla bu prosesə mane olmağa çalışırlar. Bunun səbəbi isə idarəetməni və maliyyə axınını öz nəzarətlərində saxlamaq istəmələridir.
"Praktikada elə hallar olur ki, tikinti şirkəti özünə məxsus mənzillər vasitəsilə səs çoxluğunu qoruyur və bununla da sakinlərin müştərək cəmiyyət yaratmasına mane olur. Halbuki qanunun məqsədi idarəetmənin sakinlərin öz əlinə keçməsini təmin etməkdir", – deyə vəkil əlavə edib.
Hüquqşünas real praktikadan bir nümunə də diqqətə çatdırıb. Onun sözlərinə görə, bir yaşayış binasında sakin üç aylıq kommunal borcunu ödəmədiyi üçün MTK əməkdaşları qanunsuz olaraq həmin mənzilin elektrik enerjisini kəsiblər.
"Halbuki elektrik enerjisinin verilməsi ilə bağlı müqavilə vətəndaşla xidmət göstərən qurum – 'Azərişıq' arasında bağlanır. MTK-nın həmin müqaviləyə müdaxilə etmək, işığı kəsmək və ya bu barədə qərar vermək səlahiyyəti yoxdur. Bu, açıq şəkildə qanunsuz hərəkətdir", – deyə Əli Əliyev bildirib.
Onun sözlərinə görə, vətəndaşa aidiyyəti dövlət qurumlarına rəsmi müraciət etmək tövsiyə olunub. Şikayətdən sonra məsələ araşdırılıb, MTK barəsində inzibati tədbirlərin görülməsi gündəmə gəlib və nəticədə tərəflər arasında razılıq əldə olunaraq problem həll edilib.
Vəkil hesab edir ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda susmamalı, hüquqlarını bilməli və qanunsuz tələblərlə razılaşmamalıdırlar.
"Əgər sakinlər öz hüquqlarını tələb etsələr və qanunun verdiyi imkanlardan istifadə etsələr, bu kimi qanunsuz halların qarşısını almaq mümkündür. Hüquqların qorunmasının əsas yolu hüquqi savadlılıq və vaxtında müraciətdir", – deyə Əli Əliyev qeyd edib.
Hüquqşünas sonda vətəndaşlara tövsiyə edib ki, MTK tərəfindən qanunsuz ödəniş tələbləri, kommunal xidmətlərin əsassız dayandırılması və digər oxşar hallarla rastlaşdıqları zaman mütləq aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciət etsinlər. Onun fikrincə, hüquqi mübarizə aparıldıqda bu cür qanunsuz təcrübələrin qarşısını almaq mümkündür.
Nigar
23:24 / 20 İyul 2026
55
22:51 / 20 İyul 2026
56
22:30 / 20 İyul 2026
65
22:18 / 20 İyul 2026
64
21:42 / 20 İyul 2026
72
21:19 / 20 İyul 2026
74
20:49 / 20 İyul 2026
76
20:33 / 20 İyul 2026
91
20:16 / 20 İyul 2026
75
20:01 / 20 İyul 2026
75
19:38 / 20 İyul 2026
80
19:25 / 20 İyul 2026
90
19:13 / 20 İyul 2026
68
19:02 / 20 İyul 2026
82
18:36 / 20 İyul 2026
87
18:25 / 20 İyul 2026
86
18:09 / 20 İyul 2026
80
17:59 / 20 İyul 2026
88
17:50 / 20 İyul 2026
87
17:35 / 20 İyul 2026
79
17:15 / 20 İyul 2026
107
16:59 / 20 İyul 2026
115
16:46 / 20 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.