Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
08 Avqust 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
166
18.07.2026, 10:37
BDYPİ həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına gedən istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq yol hərəkəti iştirakçılarına çağırış edib.
Bildirilib ki, hərəkət intensivliyinin artması yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəltdiyindən bütün sürücülər və piyadalar diqqətli və məsuliyyətli olmalıdırlar.
BDYPİ sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, uzun məsafəyə çıxmazdan əvvəl kifayət qədər dincəlməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, təhlükəsiz ara məsafəsini qorumağı, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinməyi, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etməyi, həmçinin səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı tövsiyə edib.
Müraciətdə dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunub.
Qeyd edilib ki, çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğu nəzərə alınaraq həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırıb.
22:31 / 08 Avqust 2026
1
22:06 / 08 Avqust 2026
40
21:07 / 08 Avqust 2026
50
16:08 / 08 Avqust 2026
137
16:05 / 08 Avqust 2026
124
14:53 / 08 Avqust 2026
141
13:55 / 08 Avqust 2026
96
13:30 / 08 Avqust 2026
88
13:15 / 08 Avqust 2026
169
13:01 / 08 Avqust 2026
112
12:59 / 08 Avqust 2026
157
12:49 / 08 Avqust 2026
161
12:45 / 08 Avqust 2026
586
12:45 / 08 Avqust 2026
113
12:30 / 08 Avqust 2026
118
12:13 / 08 Avqust 2026
706
12:10 / 08 Avqust 2026
114
12:07 / 08 Avqust 2026
117
11:59 / 08 Avqust 2026
160
11:57 / 08 Avqust 2026
109
11:50 / 08 Avqust 2026
189
11:50 / 08 Avqust 2026
111
11:47 / 08 Avqust 2026
646
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.