Əmr İMZALANDI: Onların maaşları artırıldı
06 Oktyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
352
17.07.2026, 23:28
Bir çox insanın vərdiş halına gətirdiyi barmaq çatlatmağın sağlamlığa təsiri uzun illərdir müzakirə olunur. Xüsusilə bu vərdişin artrit və ya osteoartritə səbəb olduğu barədə fikirlər geniş yayılıb.
Bəs həqiqətən barmaq çatlatmaq zərərlidirmi?
Oxu24.com xəbər verir ki, aparılan elmi araşdırmalar barmaq çatlatmağın birbaşa artrit və ya osteoartrit yaratdığına dair iddiaları təsdiqləmir.
Mütəxəssislərin sözlərinə görə, oynaqların içərisində hərəkəti asanlaşdıran sinovial maye mövcuddur. Barmaqlar dartıldıqda bu mayedə həll olmuş qazlar qabarcıqlar əmələ gətirir. Təzyiqin dəyişməsi nəticəsində yaranan bu qabarcıqların qismən çökməsi isə eşidilən “çat” səsini yaradır.
Eyni barmağın ardıcıl şəkildə çatlamamasının səbəbi də bununla bağlıdır. Belə ki, qaz qabarcıqlarının yenidən sinovial mayedə həll olması təxminən 20 dəqiqə vaxt aparır.
Bu mövzuda ən maraqlı araşdırmalardan birini amerikalı həkim Donald Unger aparıb. O, təxminən 60 il ərzində yalnız bir əlindəki barmaqları mütəmadi olaraq çatladıb digər əlini isə heç vaxt çatlatmayıb. Təcrübənin sonunda hər iki əl müqayisə edilib və artrit baxımından aralarında əhəmiyyətli fərq aşkarlanmayıb.
Araşdırmalar göstərir ki, barmaq çatlatmaq birbaşa osteoartritə səbəb olmur. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, oynaqların həddindən artıq və davamlı şəkildə gərilməsi və ya məcburi çatladılması ətrafdakı bağ və yumşaq toxumalara zərər verə bilər.
Bu səbəbdən barmaq çatlatmaq əksər hallarda ciddi təhlükə yaratmasa da vərdişin həddindən artıq təkrarlanması tövsiyə edilmir.
12:00 / 06 Oktyabr 2026
8
11:55 / 06 Oktyabr 2026
35
11:45 / 06 Oktyabr 2026
40
11:45 / 06 Oktyabr 2026
34
11:29 / 06 Oktyabr 2026
54
11:19 / 06 Oktyabr 2026
61
11:14 / 06 Oktyabr 2026
62
11:03 / 06 Oktyabr 2026
54
11:01 / 06 Oktyabr 2026
53
10:55 / 06 Oktyabr 2026
58
10:46 / 06 Oktyabr 2026
254
10:35 / 06 Oktyabr 2026
74
10:32 / 06 Oktyabr 2026
58
10:26 / 06 Oktyabr 2026
70
10:19 / 06 Oktyabr 2026
85
10:17 / 06 Oktyabr 2026
116
10:11 / 06 Oktyabr 2026
800
09:37 / 06 Oktyabr 2026
76
09:36 / 06 Oktyabr 2026
118
09:22 / 06 Oktyabr 2026
111
09:19 / 06 Oktyabr 2026
81
09:18 / 06 Oktyabr 2026
72
09:16 / 06 Oktyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.