Bakıda yeni kanat yolları necə görünəcək? – AÇIQLAMA
06 Oktyabr 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
17.07.2026, 19:35
Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan başqa, dövlət başçısı "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi və "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə" 4 iyul 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.
20:42 / 06 Oktyabr 2026
2
20:38 / 06 Oktyabr 2026
1
20:33 / 06 Oktyabr 2026
27
20:28 / 06 Oktyabr 2026
33
20:19 / 06 Oktyabr 2026
42
20:13 / 06 Oktyabr 2026
87
20:09 / 06 Oktyabr 2026
53
19:56 / 06 Oktyabr 2026
54
19:51 / 06 Oktyabr 2026
49
19:49 / 06 Oktyabr 2026
54
19:44 / 06 Oktyabr 2026
61
19:37 / 06 Oktyabr 2026
438
19:36 / 06 Oktyabr 2026
52
19:35 / 06 Oktyabr 2026
137
19:27 / 06 Oktyabr 2026
99
19:20 / 06 Oktyabr 2026
66
19:18 / 06 Oktyabr 2026
83
19:15 / 06 Oktyabr 2026
80
18:55 / 06 Oktyabr 2026
58
18:47 / 06 Oktyabr 2026
73
18:42 / 06 Oktyabr 2026
86
18:33 / 06 Oktyabr 2026
1506
18:25 / 06 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.