Mehriban Əliyevadan səmimi - Paylaşım
09 Noyabr 2026, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
532
16.07.2026, 22:41
Epilepsiya diaqnozu qoyulan şəxslərin ailə qurması və övlad sahibi olması ilə bağlı cəmiyyətdə hələ də müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bir çox insanlar bu xəstəliyin evliliyə və ya sağlam hamiləliyə mane olduğunu düşünür. Halbuki mütəxəssislər bildirirlər ki, düzgün müalicə və tibbi nəzarət olduğu təqdirdə epilepsiya xəstələri normal ailə həyatı qura, hamilə qala və sağlam övlad dünyaya gətirə bilərlər.
Nevroloq Qalib Əsədov Oxu24.com-a açıqlamasında bildirib ki, epilepsiya xəstələrinin evlənməsinə tibbi baxımdan heç bir qadağa yoxdur. Onun sözlərinə görə, bu xəstəlik ailə qurmağa maneə yaratmır və belə şəxslər digər insanlar kimi normal həyatlarını davam etdirə bilərlər.
Həkim qeyd edib ki, ən böyük problemlərdən biri hamiləlik dövründə qadınların dərman preparatlarını özbaşına dayandırmasıdır. Bəzi gələcək analar qəbul etdikləri epilepsiya əleyhinə dərmanların körpəyə zərər verəcəyindən ehtiyat edərək müalicəni yarımçıq saxlayırlar. Mütəxəssis isə bunun son dərəcə təhlükəli və yanlış qərar olduğunu vurğulayır.
Qalib Əsədovun sözlərinə görə, epileptik tutmaların özü döl üçün qəbul edilən dərmanlardan daha təhlükəli ola bilər. Hər tutma zamanı ananın orqanizmində baş verən dəyişikliklər dölün oksigenlə təminatını poza, uşağın inkişafına mənfi təsir göstərə, hətta bəzi hallarda vaxtından əvvəl hamiləliyin pozulmasına və ya dölün tələf olmasına səbəb ola bilər.
Nevroloq bildirib ki, hamiləlik planlaşdıran epilepsiya xəstələri əvvəlcədən həm nevroloq, həm də ginekoloq tərəfindən qiymətləndirilməlidir. Müasir tibbdə döl üçün daha təhlükəsiz hesab olunan epilepsiya əleyhinə preparatlar mövcuddur və zərurət olduqda xəstənin müalicə sxemi həmin dərmanlarla əvəz edilə bilər.
Mütəxəssisin sözlərinə görə, bəzi köhnə nəsil antiepileptik preparatlar dölün sinir sistemi və beyin inkişafına müəyyən risk yarada bilər. Lakin bu, bütün preparatlara aid deyil. Məhz buna görə dərmanların həkim məsləhəti olmadan dayandırılması deyil, onların təhlükəsiz alternativlərlə əvəz edilməsi daha doğru yanaşmadır.
Qalib Əsədov əlavə edib ki, hamiləlik dövründə fol turşusunun qəbulu da xüsusi əhəmiyyət daşıyır. Bu vitamin dölün sinir sistemi inkişafını dəstəkləyir və bəzi anadangəlmə qüsurların yaranma riskini azaltmağa kömək edir. Buna görə epilepsiya diaqnozu olan qadınlarda antiepileptik müalicə ilə yanaşı fol turşusunun qəbulu da həkim nəzarəti altında aparılmalıdır.
Nevroloq vurğulayıb ki, hamiləlik boyunca mütəmadi tibbi nəzarət vacibdir. Həm nevroloqun, həm də ginekoloqun birgə müşahidəsi ilə dərman dozası, tutmaların tezliyi və dölün inkişafı daim izlənilməlidir. Bu yanaşma həm ananın sağlamlığını qorumağa, həm də körpənin təhlükəsiz inkişafını təmin etməyə imkan verir.
Mütəxəssis sonda bir daha xatırladıb ki, epilepsiya xəstələrinin ən ciddi səhvlərindən biri müalicəni özbaşına dayandırmaqdır. Onun sözlərinə görə, bu xəstəliklə yaşayan insanlar ailə qura, övlad sahibi ola və sağlam hamiləlik keçirə bilərlər. Bunun əsas şərti isə həkim göstərişlərinə ciddi əməl etmək, müalicəni yarımçıq saxlamamaq və bütün hamiləlik dövrünü mütəxəssislərin nəzarəti altında keçirməkdir.
19:53 / 09 Noyabr 2026
39
19:52 / 09 Noyabr 2026
35
19:44 / 09 Noyabr 2026
59
19:44 / 09 Noyabr 2026
57
19:27 / 09 Noyabr 2026
67
19:25 / 09 Noyabr 2026
112
19:19 / 09 Noyabr 2026
95
19:15 / 09 Noyabr 2026
119
19:12 / 09 Noyabr 2026
228
19:11 / 09 Noyabr 2026
135
19:01 / 09 Noyabr 2026
78
18:57 / 09 Noyabr 2026
189
18:46 / 09 Noyabr 2026
97
18:41 / 09 Noyabr 2026
166
18:38 / 09 Noyabr 2026
170
18:31 / 09 Noyabr 2026
138
18:25 / 09 Noyabr 2026
1236
18:23 / 09 Noyabr 2026
122
18:14 / 09 Noyabr 2026
109
18:02 / 09 Noyabr 2026
573
17:57 / 09 Noyabr 2026
122
17:56 / 09 Noyabr 2026
98
17:55 / 09 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.