Məcnun Məmmədov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək
15 İyul 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
63
15.07.2026, 17:00
Mədəniyyət naziri Adil Kərimli Yardımlı rayonunun Urakəran kəndi ərazisində yeni aşkar edilən, Azərbaycan tarixi üçün böyük əhəmiyyət daşıyan antik dövr yaşayış məskənində aparılan arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub.
Bu barədə Oxu24.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, tarixçi-alim Həsən Həsənov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ərazidəki araşdırmalar barədə ətraflı məlumat verib. Bildirib ki, əraziyə yaxın yerləşən Bilgə nekropolunda aparılan tədqiqatlar zamanı meqalitörtüklü daş qutu və küp qəbirlər aşkar edilib, eyni zamanda, nekropolda torpaq qəbirlərin də mövcudluğu müəyyənləşdirilib. Bir hektardan artıq ərazini əhatə edən nekropol eramızdan əvvəl III əsrdən eramızın III əsrinədək olan dövrə aiddir.
Qeyd olunub ki, Bilgə nekropolundan təxminən 250 metr cənub-qərbdə yerləşən yeni aşkar edilmiş yaşayış yerində müxtəlif istiqamətlərə uzanan iri tikili qalıqları müəyyən edilib.
Bildirilib ki, yaşayış məskəninin tam plan quruluşunun müəyyənləşdirilməsi məqsədilə arxeoloji tədqiqatların növbəti illərdə daha geniş miqyasda və müasir texniki vasitələrin tətbiqi ilə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, arxeoloji çöl-tədqiqat işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Azərbaycan–Amerika birgə ekspedisiyası tərəfindən həyata keçirilir. Ekspedisiyanın Amerika tərəfinə Los-Anceles Kaliforniya Universitetinin professoru Lara Fabian rəhbərlik edir.
Ekspedisiyanın əsas məqsədi Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Atropatena dövrünə aid yaşayış məskənlərinin və qəbir abidələrinin tədqiqi, xüsusilə dağlıq ərazilərdə urbanizasiya proseslərinin, əhalinin həyat tərzinin, eləcə də regionlararası mədəni və iqtisadi əlaqələrin arxeoloji baxımdan öyrənilməsidir.
17:14 / 15 İyul 2026
9
17:13 / 15 İyul 2026
9
17:10 / 15 İyul 2026
12
17:05 / 15 İyul 2026
17
17:03 / 15 İyul 2026
20
16:50 / 15 İyul 2026
28
16:44 / 15 İyul 2026
33
16:33 / 15 İyul 2026
39
16:17 / 15 İyul 2026
45
16:11 / 15 İyul 2026
40
16:09 / 15 İyul 2026
40
16:00 / 15 İyul 2026
51
15:55 / 15 İyul 2026
51
15:33 / 15 İyul 2026
68
15:29 / 15 İyul 2026
63
15:25 / 15 İyul 2026
59
15:23 / 15 İyul 2026
66
15:14 / 15 İyul 2026
69
15:10 / 15 İyul 2026
68
14:56 / 15 İyul 2026
73
14:31 / 15 İyul 2026
66
14:29 / 15 İyul 2026
85
14:25 / 15 İyul 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.