Torpağı qoyun yunu ilə örtməyə başladılar
07 Noyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
428
15.07.2026, 17:05
Həyatda heç bir psixoloji probleminiz olmadığı halda, sizi dəli elan edib psixiatriya xəstəxanasına qapata bilərlərmi? İlk baxışdan bu sual qorxu filmlərinin ssenarisini xatırladır. Lakin elm tarixi sübüt edir ki, bu, tamamilə real bir ssenaridir. 1973-cü ildə amerikalı psixoloq Devid Rozenhanın (David Rosenhan) həyata keçirdiyi və psixiatriyanın mahiyyətini ciddi şəkildə şübhə altına alan qaranlıq eksperiment elmi dünyada əsl şok effekti yaradıb.
Oxu24.com oxucularını tibb tarixinin ən məşhur və səs-küylü araşdırmasının təfərrüatları ilə tanış edir:Hər şey 1973-cü ildə Devid Rozenhanın tamamilə psixi sağlam olan 8 nəfəri (onların arasında özü də var idi) gizli missiya ilə müxtəlif klinikalara göndərməsi ilə başladı. Bu insanların yeganə vəzifəsi klinikalara müraciət edərək "qəribə səslər eşitdiklərini" demək idi. Onlar yalnız bu uydurma şikayəti dilə gətirdilər və nəticədə hamısı dərhal hospitalizasiya olundu.
Klinikalarda onlara ağır diaqnozlar qoyuldu: 8 nəfərdən 7-nə şizofreniya, 1 nəfərə isə manyakal depressiya (bu gün bizim bipolyar pozuntu kimi tanıdığımız xəstəlik) diaqnozu qoyuldu.
Normal davranışlar necə "xəstəlik əlaməti" oldu?
Əsl maraqlı və qorxulu hadisələr isə saxta pasiyentlər palatalarına yerləşdirildikdən sonra başladı. Həmin şəxslər həkimlərin qarşısında tamamilə normal davranmağa başladılar və hətta həkimlərə səslərin tamamilə yoxa çıxdığını bildirdilər. Lakin tibbi heyət artıq qoyulan diaqnozun təsiri altında idi. Onlar saxta pasiyentlərin hər bir normal hərəkətini xəstəliyin əlaməti kimi şərh etməyə başladılar.
Pasiyentlərdən biri palatada sadəcə gündəlik qeydlər apararkən, həkimlər bunu tibbi protokola "patoloji yazı yazma davranışı" kimi qeyd etdilər. Sadəcə dəhlizdə dayanıb gözləmək "özünə qapanma və depressiv vəziyyət" kimi qiymətləndirildi.
Tədqiqat iştirakçıları klinikalarda orta hesabla 19 gün qalmalı oldular. Onlardan biri isə xəstəxanadan yalnız 52 gündən sonra çıxa bildi. Ən dəhşətlisi isə odur ki, onlar xəstəxanadan tam sağlam adam kimi deyil, "remissiya mərhələsində olan şizofreniya" diaqnozu ilə buraxıldılar. Yəni həkimlər sona qədər onların xəstə olduğuna inandılar.
Eksperimentin nəticələri rəsmi olaraq dərc edildikdən sonra tibb dünyasında böyük səs-küy qopdu. Nüfuzlu klinikalardan biri Rozenhana meydan oxuyaraq bildirdi ki, "bizim xəstəxanada belə bir səhv qətiyyən yol verilə bilməz".
Rozenhan onlarla mərcə girdi və yaxın 3 ay ərzində həmin klinikaya gizli şəkildə saxta pasiyentlər göndərəcəyini vəd etdi. 3 ayın tamamında klinika rəhbərliyi qürurla bəyan etdi ki, onlar Rozenhanın göndərdiyi saxta xəstələrdən düz 41 simulyantı (saxta xəstəni) ifşa ediblər.
Ancaq acı həqiqət dərhal ortaya çıxdı: Rozenhan həmin 3 ay ərzində xəstəxanaya ümumiyyətlə heç kimi göndərməmişdi. Klinikanın "saxtadır" deyib müalicədən imtina etdiyi şəxslər əslində köməyə ehtiyacı olan real xəstələr idi.
Rozenhanın bu tədqiqatı psixiatriyada diaqnoz qoyulma metodlarını kökündən dəyişdirdi və sübut etdi ki, bir insan haqqında əvvəlcədən formalaşmış bir mühakimə (yarlıq) varsa, biz artıq faktları görmürük. Biz qarşı tərəfin davranışlarını yalnız öz gözləntilərimizə və həmin mühakiməyə uyğunlaşdırmağa başlayırıq.
Çimnaz
20:42 / 09 Noyabr 2026
1
20:27 / 09 Noyabr 2026
33
20:25 / 09 Noyabr 2026
303
20:14 / 09 Noyabr 2026
128
20:12 / 09 Noyabr 2026
91
20:11 / 09 Noyabr 2026
104
20:10 / 09 Noyabr 2026
121
20:06 / 09 Noyabr 2026
78
19:53 / 09 Noyabr 2026
100
19:52 / 09 Noyabr 2026
155
19:44 / 09 Noyabr 2026
134
19:44 / 09 Noyabr 2026
125
19:27 / 09 Noyabr 2026
88
19:25 / 09 Noyabr 2026
194
19:19 / 09 Noyabr 2026
128
19:15 / 09 Noyabr 2026
169
19:12 / 09 Noyabr 2026
286
19:11 / 09 Noyabr 2026
161
19:01 / 09 Noyabr 2026
96
18:57 / 09 Noyabr 2026
227
18:46 / 09 Noyabr 2026
119
18:41 / 09 Noyabr 2026
198
18:38 / 09 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.