Məcnun Məmmədov Kəlbəcərdə vətəndaş qəbulu keçirəcək
15 İyul 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
65
15.07.2026, 15:55
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Oxu24.com-a verilən məlumata görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
17:14 / 15 İyul 2026
9
17:13 / 15 İyul 2026
9
17:10 / 15 İyul 2026
12
17:05 / 15 İyul 2026
17
17:03 / 15 İyul 2026
20
17:00 / 15 İyul 2026
28
16:50 / 15 İyul 2026
28
16:44 / 15 İyul 2026
33
16:33 / 15 İyul 2026
39
16:17 / 15 İyul 2026
45
16:11 / 15 İyul 2026
40
16:09 / 15 İyul 2026
40
16:00 / 15 İyul 2026
51
15:33 / 15 İyul 2026
68
15:29 / 15 İyul 2026
63
15:25 / 15 İyul 2026
59
15:23 / 15 İyul 2026
66
15:14 / 15 İyul 2026
69
15:10 / 15 İyul 2026
68
14:56 / 15 İyul 2026
73
14:31 / 15 İyul 2026
66
14:29 / 15 İyul 2026
85
14:25 / 15 İyul 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.