Azərbaycanda bu dövlət qurumu LƏĞV EDİLDİ
13 İyul 2026, 19:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
77
13.07.2026, 17:13
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Oxu24.com-a FHN-dən məlumat verilib.
Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nizami rayonu, "AzərSuTikinti" xəstəxanasında, Qaradağ rayonu, 300 saylı körpələr evi-uşaq bağçasında, Suraxanı rayonu, 42 saylı şəhər poliklinikasında, Yasamal rayonu, 3 saylı şəhər poliklinikası və “Milli Onkologiya Mərkəzi”ndə, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində və Abşeron rayonu, Saray qəsəbə 14 nömrəli körpələr evi–uşaq bağçasında, Gəncə RM tərəfindən Tovuz rayonu, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzində və Tovuz rayonu, Bozalqanlı kənd həkim məntəqəsində, Şimal-Qərb RM tərəfindən Oğuz rayonu, “AFRA” otelində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Göyçay şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan RM tərəfindən “Azerbaijan Fish Farm” MMC-nin Neftçala rayon Nərə Damazlıq Təsərrüfatında, Qarabağ RM tərəfindən Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında, Cənub RM tərəfindən Daxili Qoşunların “N” saylı hərbi hissəsində və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal RM tərəfindən Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
19:48 / 13 İyul 2026
23
19:09 / 13 İyul 2026
62
18:52 / 13 İyul 2026
59
18:30 / 13 İyul 2026
66
18:00 / 13 İyul 2026
71
17:40 / 13 İyul 2026
75
17:36 / 13 İyul 2026
77
17:30 / 13 İyul 2026
75
17:30 / 13 İyul 2026
96
17:06 / 13 İyul 2026
89
17:05 / 13 İyul 2026
91
16:55 / 13 İyul 2026
77
16:49 / 13 İyul 2026
78
16:25 / 13 İyul 2026
86
16:20 / 13 İyul 2026
82
16:02 / 13 İyul 2026
112
15:44 / 13 İyul 2026
96
15:40 / 13 İyul 2026
90
15:39 / 13 İyul 2026
95
15:07 / 13 İyul 2026
101
15:03 / 13 İyul 2026
92
14:57 / 13 İyul 2026
222
14:49 / 13 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.