Zeynəb adını tarixə yazdıran ilk azərbaycanlı qız oldu - FOTO
13 İyul 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
13.07.2026, 12:22
İyulun 4-12-si tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb.
Bu barədə Oxu24.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Bəxtiyar Ağayev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüblər.
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Raiq Babazadə və Bakı şəhəri Texniki-humanitar liseyin XI sinif şagirdi Məhəmməd Cəfərli isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında əldə etdikləri bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıblar.
Beynəlxalq Fizika Olimpiadası məktəblilər arasında fizika fənni üzrə keçirilən ən nüfuzlu beynəlxalq bilik yarışlarından biridir. Cari ildə keçirilən olimpiadada dünyanın müxtəlif ölkələrindən yüzlərlə məktəbli iştirak edib.
14:57 / 13 İyul 2026
1
14:49 / 13 İyul 2026
18
14:25 / 13 İyul 2026
141
14:25 / 13 İyul 2026
52
14:23 / 13 İyul 2026
44
14:20 / 13 İyul 2026
41
14:15 / 13 İyul 2026
46
14:10 / 13 İyul 2026
53
14:06 / 13 İyul 2026
56
13:56 / 13 İyul 2026
454
13:53 / 13 İyul 2026
163
13:47 / 13 İyul 2026
69
13:42 / 13 İyul 2026
65
13:34 / 13 İyul 2026
56
13:28 / 13 İyul 2026
527
13:28 / 13 İyul 2026
63
13:19 / 13 İyul 2026
62
12:59 / 13 İyul 2026
69
12:53 / 13 İyul 2026
65
12:41 / 13 İyul 2026
397
12:30 / 13 İyul 2026
62
12:25 / 13 İyul 2026
68
12:24 / 13 İyul 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.