Spiker: Rəqəmsal inkişaf üçün qanunvericilik təkmilləşdirilir
10 İyul 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
10.07.2026, 13:39
“O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
O bildirib ki, onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi: "Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir.
Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-nin toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir. Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir.
Xatırladaq ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır”
15:15 / 10 İyul 2026
1
14:53 / 10 İyul 2026
43
14:49 / 10 İyul 2026
48
14:35 / 10 İyul 2026
47
14:30 / 10 İyul 2026
56
14:26 / 10 İyul 2026
57
14:18 / 10 İyul 2026
55
13:53 / 10 İyul 2026
61
13:52 / 10 İyul 2026
69
13:50 / 10 İyul 2026
61
13:17 / 10 İyul 2026
85
13:03 / 10 İyul 2026
74
13:01 / 10 İyul 2026
76
12:55 / 10 İyul 2026
72
12:54 / 10 İyul 2026
85
12:49 / 10 İyul 2026
62
12:45 / 10 İyul 2026
69
12:40 / 10 İyul 2026
81
12:37 / 10 İyul 2026
81
12:27 / 10 İyul 2026
101
12:27 / 10 İyul 2026
71
12:25 / 10 İyul 2026
135
12:17 / 10 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.