Meyvə-tərəvəzin dadı niyə əvvəlki kimi deyil? – Zahid Oruc danışdı
10 İyul 2026, 13:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
10.07.2026, 11:58
9 iyul tarixində Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, rəsmi qəbulda Xarici İşlər Nazirliyi və bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, millət vəkilləri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.
Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.
Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.
13:39 / 10 İyul 2026
1
13:17 / 10 İyul 2026
34
13:03 / 10 İyul 2026
48
13:01 / 10 İyul 2026
51
12:55 / 10 İyul 2026
51
12:54 / 10 İyul 2026
60
12:49 / 10 İyul 2026
46
12:45 / 10 İyul 2026
46
12:40 / 10 İyul 2026
56
12:37 / 10 İyul 2026
55
12:27 / 10 İyul 2026
82
12:27 / 10 İyul 2026
53
12:25 / 10 İyul 2026
107
12:17 / 10 İyul 2026
72
12:05 / 10 İyul 2026
60
12:04 / 10 İyul 2026
59
11:52 / 10 İyul 2026
67
11:38 / 10 İyul 2026
75
11:37 / 10 İyul 2026
339
11:21 / 10 İyul 2026
63
11:11 / 10 İyul 2026
629
11:00 / 10 İyul 2026
382
10:50 / 10 İyul 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.