Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
803
03.07.2026, 00:04
Yay aylarında havaların kəskin istiləşməsi ilə düzgün qidalanma sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur orqanizmdə maye və natrium, kalium, maqnezium kimi mineralların itkisini sürətləndirir. Bu isə susuzlaşma, halsızlıq, baş ağrısı, diqqətin azalması və hətta isti vurması riskini artırır.
Oxu24.com xəbər verir ki, dietoloqlar isti havalarda yağlı, qızardılmış, yüksək kalorili yeməklər, fast-food və şirniyyatların qəbulunu azaltmaq tövsiyə edirlər. Belə qidalar həzmi çətinləşdirir və orqanizmin daha çox enerji sərf etməsinə səbəb olur. Əvəzində qarpız, qovun, şaftalı, üzüm, xiyar, pomidor, kahı və digər mövsümi meyvə-tərəvəzlər, həmçinin qatıq, ayran və kefir kimi süd məhsulları gündəlik qidalanmada daha çox yer almalıdır.

Mütəxəssislər susuzluq hissini gözləmədən gün ərzində mütəmadi su içməyi məsləhət görürlər. Su ilə yanaşı, mineral su, şəkərsiz bitki çayları və evdə hazırlanmış limonlu su da faydalı seçimlər sayılır. Qazlı, şəkərli, spirtli içkilər və həddindən artıq kofein tərkibli içkilər isə orqanizmdə maye itkisini artırdığı üçün məhdudlaşdırılmalıdır.
İsti günlərdə az-az və tez-tez qidalanmaq, xüsusilə günün ən isti saatlarında ağır yeməklərdən uzaq durmaq tövsiyə edilir. Yeməklərin hazırlanmasında qızartma əvəzinə qaynatma, buxarda və ya sobada bişirmə üsullarına üstünlük verilməsi daha faydalıdır. Bundan əlavə, tez xarab olan qidaların soyuducuda saxlanılması, uşaqların, yaşlıların və xroniki xəstəliyi olan şəxslərin isə maye qəbuluna xüsusi diqqət yetirməsi vacib hesab olunur.sfera.az
09:19 / 10 Noyabr 2026
1
08:56 / 10 Noyabr 2026
88
08:46 / 10 Noyabr 2026
86
08:42 / 10 Noyabr 2026
438
05:37 / 10 Noyabr 2026
138
05:27 / 10 Noyabr 2026
203
04:34 / 10 Noyabr 2026
141
04:12 / 10 Noyabr 2026
198
02:34 / 10 Noyabr 2026
173
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
405
01:19 / 10 Noyabr 2026
555
01:00 / 10 Noyabr 2026
239
00:25 / 10 Noyabr 2026
1170
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
534
00:08 / 10 Noyabr 2026
164
23:52 / 09 Noyabr 2026
302
23:52 / 09 Noyabr 2026
2580
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
442
23:37 / 09 Noyabr 2026
553
23:32 / 09 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.