Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
10 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1722
02.07.2026, 20:28
BYD Destroyer 05 modelinin qiymətində diqqətçəkən eniş müşahidə olunur. Hətta yeni avtomobillər belə əvvəlki dövrlə müqayisədə təxminən 4 min manat daha ucuz təklif edilir. Bəs bu kəskin ucuzlaşmanın arxasında hansı səbəblər dayanır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, Azərbaycanda, xüsusilə taksi xidmətlərində geniş istifadə olunan BYD Destroyer modelinin qiymətində kəskin ucuzlaşma müşahidə olunur:
"İlk baxışdan bu, gözlənilməz görünə bilər. Çünki 2026-cı ildən etibarən hibrid avtomobillərə tətbiq olunan vergi və ƏDV güzəştlərinin başa çatması qiymətlərin artacağını düşündürürdü. Lakin bazarda tam əks proses baş verdi.
Əsas səbəblərdən biri məhz budur. Hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər ləğv edildikdən sonra avtomobillərin gömrük və vergi yükü artdı. Bununla belə, BYD zavodu ixrac qiymətlərini aşağı salaraq bu əlavə xərcin əhəmiyyətli hissəsini kompensasiya etdi.
Nəticədə idxalçıların alış qiyməti azaldı və artan vergi yükünə baxmayaraq, avtomobillərin son satış qiyməti əvvəlki səviyyəyə yaxın saxlanıldı, hətta bəzi hallarda təxminən 4 000 manat ucuzlaşdı".
Ekspert deyib ki, qiymətin enməsinə təsir edən digər amillərdən biri də Azərbaycanda bazarın qısa müddətdə BYD Destroyer modelləri ilə doyma həddinə çatması oldu:
"Taksi şirkətləri və fərdi idxalçılar bu modeli kütləvi şəkildə ölkəyə gətirdilər. Təklif tələbi üstələdiyi üçün satıcılar mövcud stokları daha sürətli satmaq məqsədilə qiymət endirimlərinə getdilər.
Bəzi fikirlərin əksinə olaraq, hazırda BYD Destroyer modelinin qiymətinin enməsinin avtomobilin keyfiyyəti ilə bağlı olduğunu təsdiqləyən etibarlı fakt mövcud deyil. Mövcud göstəricilər qiymət dəyişikliyinin əsasən istehsalçının qiymət siyasəti, vergi dəyişiklikləri, bazardakı təklif-tələb balansı və satıcılar arasındakı rəqabətlə əlaqədar olduğunu göstərir", - deyə o qeyd edib.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.