Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
10 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
02.07.2026, 20:07
Həkim hansı hallarda pasiyentdən imtina edə bilər? – Vəkil qanunun tələblərini açıqladı
Həkim-pasiyent münasibətləri və tibbi fəaliyyətin hüquqi tərəfləri hər zaman cəmiyyətin diqqət mərkəzində olan həssas mövzulardandır. Bəs qanunvericilik həkimlərə hansı hüquqları verir? Həkim öz pasiyentini müalicə etməkdən imtina edə bilərmi?
Bu barədə Oxu24.com-a tibb hüququ üzrə mütəxəssis, vəkil Orxan Zeynalov geniş məlumat verib.
Vəkil bildirib ki, qanunvericilik müəyyən hallarda həkimə pasiyentin müalicə və müşahidəsindən imtina etmək hüququ tanıyır:
“Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən, pasiyentin həyatı təhlükədə deyilsə, həmçinin o, həkimin təyinatlarına riayət etmirsə, həkim müalicədən imtina edə bilər. Bundan başqa, pasiyent müəssisənin daxili intizam qaydalarını pozursa, həkim rəhbər şəxslərlə razılaşdırmaqla onu müalicə və müşahidə etməkdən imtina etmək hüququna malikdir”.
Orxan Zeynalov həkimlərin fəaliyyəti zamanı qarşılaşdıqları əsas hüquqi riskləri də sadalayıb. Onun sözlərinə görə, bu risklərə aşağıdakılar daxildir:
•Əsassız pasiyent şikayətləri;
•Tərtib olunan tibbi sənədlərin natamamlığı;
•Hüquq-mühafizə orqanlarından çağırışlar zamanı hazırlıqsızlıq;
•Sosial şəbəkələrdə həkimlərin işgüzar nüfuzunu ləkələyən məlumatların paylaşılması.
Həkim səhvinin ağır cəzası: Həbs təhlükəsi var!
Vəkil vurğulayıb ki, tibbi fəaliyyət zamanı yol verilən səhvlər qanunla ciddi şəkildə cəzalandırılır və hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilər:
“Cinayət Məclləsinin 142-ci maddəsinin tələbinə əsasən, həkim səhvi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəyərsə, həmçinin nəticə ölümlə nəticələnərsə, tibb işçisi barəsində ciddi cəza tədbirləri görülür. Bura azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, həmçinin müəyyən müddətə həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzaları daxildir”.
Mütəxəssis həkimlərə fəaliyyətlərində daha diqqətli olmağı və sənədləşmə işlərinə ciddi yanaşmağı tövsiyə edib.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.