Tonlarla ağırlığı olan buludlar necə olur ki, göydə qalır? — MÖCÜZƏVİ FAKTLAR
30 İyun 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
76
30.06.2026, 16:30
Bakıda bibisi qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşiyevn cinayət işi üzrə məhkəməsi keçirilib.
Oxu24.com xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nailə Səlimova ifadə verərək bildirib ki, o təqsirləndirilənin bibi qızıdır. Qətlə yetirilən Elşad Baxışovu isə yaxından tanısa da, onunla hər hansı bir yaxınlığı olmayıb. Kamalın həm ona, həm də Elşad Baxışova qarşı törətdiyi cinayət isə qısqanclıqdan olub və əbəs yerə törədilib.
Buna görə də zərərçəkən təqsirləndirilənlə barışmadığını bildirərək, ondan şikayətçi olduğunu deyib.
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsində hadisə yerində qeydə alınmış videogörüntülər nümatiş etdirilib.
Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Vaxt məhdudiyyətindən çıxışlar üçün proses iyunun 1-nədək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.
Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələr endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bibisi qızı Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.
Kamal Baxşıyev qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
19:00 / 30 İyun 2026
1
18:50 / 30 İyun 2026
19
18:45 / 30 İyun 2026
114
18:30 / 30 İyun 2026
50
18:20 / 30 İyun 2026
144
18:10 / 30 İyun 2026
54
18:00 / 30 İyun 2026
66
17:45 / 30 İyun 2026
70
17:38 / 30 İyun 2026
72
17:30 / 30 İyun 2026
54
17:23 / 30 İyun 2026
79
17:15 / 30 İyun 2026
65
17:15 / 30 İyun 2026
75
17:08 / 30 İyun 2026
66
17:04 / 30 İyun 2026
67
16:52 / 30 İyun 2026
72
16:40 / 30 İyun 2026
68
16:20 / 30 İyun 2026
84
15:57 / 30 İyun 2026
115
15:51 / 30 İyun 2026
84
15:43 / 30 İyun 2026
99
15:40 / 30 İyun 2026
77
15:34 / 30 İyun 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.