DİQQƏT ! Bu yollarda hərəkət qismən məhdudlaşacaq
30 İyun 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
88
30.06.2026, 10:23
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsinə 30 illik işğal dövründə ərazilərin mina və partlamamış hərbi sursatlarla həddindən artıq çirkləndirilməsi, həyata keçirilmiş vandalizm nəticəsində infrastrukturun, yaşayış məntəqələrinin, landşaftın, relyefin, hətta məzar yerlərinin dağıdılması halları ilə yanaşı, Ermənistan tərəfinin dəfn yerləri barədə məlumatları təqdim etməməsi də ciddi təsir göstərir”.
Oxu24.com xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov deyib.
“Məlumdur ki, 44 günlük II Qarabağ müharibəsindən sonra mətbuata müsahibələr vermiş yüksək rütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistan Müdafiə nazirinin müavini, sonradan Ermənistan Parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir. Hətta Ermənistanın Müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib. Hesab edirik ki, bütün bunlar hamılıqla qəbul edilmiş humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarına təhdiddir.
Azərbaycan Respublikası itkin düşmüş şəxslər məsələsinin həllində dünyaya açıqdır və bir daha bəyan edirik ki, Ermənistan tərəfi ilə bu sahədə əməkdaşlığa hazırıq”, - deyə DTX rəisinin müavini bildirib.
12:43 / 30 İyun 2026
1
12:30 / 30 İyun 2026
36
12:28 / 30 İyun 2026
33
12:17 / 30 İyun 2026
46
11:45 / 30 İyun 2026
59
11:39 / 30 İyun 2026
56
11:29 / 30 İyun 2026
75
11:12 / 30 İyun 2026
80
11:06 / 30 İyun 2026
74
10:54 / 30 İyun 2026
91
10:13 / 30 İyun 2026
83
10:10 / 30 İyun 2026
83
10:08 / 30 İyun 2026
82
09:58 / 30 İyun 2026
75
09:56 / 30 İyun 2026
83
23:57 / 29 İyun 2026
125
23:37 / 29 İyun 2026
366
23:01 / 29 İyun 2026
353
22:49 / 29 İyun 2026
171
22:38 / 29 İyun 2026
125
22:11 / 29 İyun 2026
142
21:54 / 29 İyun 2026
136
21:32 / 29 İyun 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.